BAKI, 21 mart — Sputnik. Argentinadakı Amazon hövzəsində tapılan qurbağa, ultrabənövşəyi işığın altında yaşıl işıq yayır.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, alimlər indiyə qədər elmə məlum olmayan fosforlu qurbağa aşkarlayıblar.
Argentinanın paytaxtı Buenos Ayresdəki Bernardino Rivadavia Təbiət Elmləri Muzeyinin tədqiqatçıları ölkədəki Amazon hövzəsində fosforlu qurbağaya rast gəliblər.
Tədqiqatçılar yarışəffaf dəriyə malik qurbağanın limfa və vəzlərdən istifadə edərək işıq yaydığını müyyən ediblər. Ultrabənövşəyi işıq düşdükdə həmin qurbağaların parlaqlığı yüzdə 19-29 dəfə artır.
Tədqiqatçılar ağaç qurbağası ilə yanaşı yarışəffaf dəriyə malik olan bütün onurğalılarda fosforun ola biləcəyini, bu kəşfin həmin sahənin araşdırılması üçün yeni imkanlar qazandırdığını bildiriblər.
Araşdırmanın nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalında yayımlanıb.
BAKI, 26 yanvar - Sputnik. Bu gün Rusiya Federasiyasının Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan XİN-in məlumatında deyilir.
Görüşdə Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü Vitali Milonovun erməni KİV-nə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsi məsələsi Rusiya səfirliyinin müvəqqəti işlər vəkili qarşısında qaldırılıb, Dövlət Dumasının üzvünün bu davranışını qəti şəkildə pislənilib.
Həmçinin Rusiya Dövlət Dumasının üzvü V.Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə zidd olduğu vurğulanıb. V.Milonovun səsləndirdiyi fikirlərin Moskvanın rəsmi mövqeyini əks etdirmədiyi və bu kimi addımların ölkələr arasında münasibətlərə xələl gətirmək və əldə olunan razılaşmanın həyata keçirilməsinə əngəl törətmək məqsədi daşıdığı vurğulanıb.
BAKI, 26 yanvar - Sputnik. Bakıda daha bir intihar hadisəsi baş verib.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə yanvarın 26-sı saat 17 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb.
Bakı sakini, 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı çoxmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
Qeyd edək ki, iki gün əvvəl Bakının Nərimanov rayonunda oxşar intihar hadisəsi olmuşdu. 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı özünü yaşadığı binanın 18-ci mərtəbəsindən atmış, hadisə yerində keçinmişdi.