Avto dayanacaq

Sərhəddi keçərkən "dəmir at"ınızı unutmayın

533
(Yenilənib 22:43 16.03.2017)
Dövlət Gömrük Komitəsi ölkəyə şəxsi avtomobili ilə daxil olan xarici ölkə vətəndaşlarına xəbərdarlıq edib.

BAKI, 16 mart-Sputnik. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (DGT) ölkəyə şəxsi avtomobili ilə daxil olan xarici ölkə vətəndaşlarına xəbərdarlıq edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, DGT-nin saytında "Azərbaycan Respublikasının ərazisinə müvəqqəti qaydada nəqliyyat vasitəsi gətirən şəxslərin nəzərinə" elanı yerləşdirilib.

"Müvəqqəti qaydada gətirdiyiniz nəqliyyat vasitəsini müəyyən olunmuş müddət ərzində geri qaytarmalısınız. Nəqliyyat vasitəsini geri qaytarmadan ölkə ərazisini tərk etmək üçün onu Bakı şəhəri üzrə Avtonəqliyyat Baş Gömrük İdarəsində, Bakı şəhərindən kənarda isə öz seçiminiz əsasında istənilən ərazi gömrük orqanında gömrük nəzarəti altında yerləşdirməlisiniz" — deyə elanda bildirilir.

DGK həmçinin xəbərdar edib ki, xarici ölkə vətəndaşı nəqliyyat vasitəsini geri qaytarmadan və ya gömrük nəzarəti altında yerləşdirmədən ölkə ərazisini tərk etmək istədikdə, sərhəddən buraxılmayacaq.

533
Teqlər:
Avtonəqliyyat Baş Gömrük İdarəsi, Bakı şəhəri, gömrük, nəqliyyat, xarici ölkə vətəndaşlarına xəbərdarlıq, Dövlət Gömrük Komitəsi
Əlaqədar
Gömrük Komitəsindən diqqətçəkən açıqlama
Gömrük Komitəsinin rəsmisi: Gömrükdə yeniliklər olacaq
Yeni gömrük idxal rüsumları qüvvəyə minib
Gömrük Komitəsi gömrük rüsumlarını niyə artırdığını açıqlayıb
Gömrük rəhbərinin evində axtarış aparılıb
Londonda küçələrin birində, arxiv şəkli

Min illərin sirli qətlinin üstü açıldı

9
(Yenilənib 00:04 12.07.2020)
Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb.

BAKI, 12 iyul — Sputnik. Böyük Britniyada sürətli bir yol çəkmək üçün layihə üzərində çalışan arxeoloqlar, dəmir dövrünə aid insan skeleti tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insan qalıqlarının üzü üstə olması və əllərinin arxadan bağlı olması onun qətlə yetirildiyini sübut edir. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb. Bu cür qeyri-adi dəfn üsulu insanın qətl və ya edam qurbanı olduğunu göstərir.

Doktor Reyçel Vuud tapıntını sirli adlandırıb. O, mütəxəssislərin bu ölümün səbəbləri barədə məlumat verə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, arxeoloqlar bu ərazidə neolit ​​dövründən orta əsrlərə qədər dörd min il davam edən qədim insanların fəaliyyətlərinin izlərini aşkar ediblər. Belə ki, burada Stounhencə bənzəyən taxtadan hazırlanmış diametri 65 metr olan dəyirmi abidə tapılıb.

Digər maraqlı bir tapıntı, bir qurğuşun tabutdakı skelet olub. Alimlərin fikrincə, bu şəxs yüksək statusa sahib olub. Çünki belə bir bahalı dəfn üsulunu ödəmək üçün imkanları olmalıdır.

9
Şokolad

Gündə 25 qramı sizi xoşbəxt edə bilər

10
(Yenilənib 00:04 12.07.2020)
Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir.

BAKI, 12 iyul — Sputnik. Moskva sağlamlıq departamentinin dietoloqu Antonina Starodubova gün ərzində 15-25 qram şokolad yeməyi məsləhət görüb. 

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun fikrincə, bu miqdarda şirniyyat təhlükəsiz və faydalıdır.

Starodubova qeyd edib ki, 25 qram şokolad bir plitka şokoladın təxminən 4/1-nə bərabərdir. Səhərlər acı və tünd şokolad yemək sağlamlıq üçün faydalıdır.

Onun sözlərinə görə, bu məsləhət sağlam insanlar üçündür. Xroniki xəstəliyi olan şəxslər həkimlə məsləhətləşməlidir.

"Tərkibində yüksək miqdarda kakao paxlası (70 faizdən az olmayan) və nisbətən aşağı şəkər (25 faizdən çox olmayan) şokolad növləri faydalı hesab olunur ki, bu da acı sortlara və bəzi tünd şokolad növlərinə uyğundur. Müxtəlif dolğuları olan şokoladlar isə desert növlərinə aiddir" – deyə dietoloq vurğulayıb.

Desert şokoladın kalori miqdarı əlavələr səbəbindən artır, ancaq qoz-fındıq qarışığı olan tünd şokolad istisnadır. Belə şokoladlar bitki zülalı, lif, vitaminlər, minerallar və doymamış yağ turşuları mənbəyi hesab edilir.

Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir. Şokolad yaddaşı yaxşılaşdırır, konsentrasiyanı və mürəkkəb problemləri həll etmək qabiliyyətini artırır.

10