Maşa və Ayı cizgi filmindən kadr

Bu cizgi filminə YouTube-də 2 milyarddan çox adam baxıb

188
(Yenilənib 22:42 16.03.2017)
"Maşa və Ayı" cizgi serialının müxtəlif epizodlarını hər gün YouTube-də 3 milyona qədər adam izləyir

BAKI, 16 mart — Sputnik. Rusiyanın məşhur cizgi serialı "Maşa və Ayı"dakı bir epizod YouTube-da iki milyarddan çox baxış toplayıb. Beləliklə də o, videoservisdə ən çox izlənilən epizod olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə xəbəri "Animakkord" kinoşirkətinin mətbuat xidməti verib.
"Maşa+Sıyıq" ("Maşa i kaşa") seriyası Castin Biber, Bruno Mars və Teylor Svift kimi məşhurların ən çox izlənilən klip çarxları sırasında beşinci yeri tutub.

Bu, onluq reytinqinə düşən yeganə animasiya videosudur.

Sözügedən epizod YouTube-yə 31 yanvar 2012-ci ildə qoyulub.

"Maşa və Ayı" cizgi serialının müxtəlif epizodlarını hər gün YouTube-də 3 milyona qədər adam izləyir.

"Animakkord" studiyası "Maşa və Ayı" ailə cizgi serialını 2009-cu ildən yaymağa başlayıb. Hazırda o, bütün dünyada uğur qazanıb. Onun yayım hüququnu  Netflix, Turner, KIKA, France TV, Sony Music, NBC Universal, Televisa kimi məşhur şirkətlər alıb.

188
Əlaqədar
Uşaqlarınızı bu dörd ən təhlükəli cizgi filmindən uzaq tutun
Ən populyar əcnəbi cizgi filminin qadağan edilməsi təklif olunur
Gənələr

zaman bitəcək? Çində yeni virus yeddi adamı öldürdü

2
Çinin Szyansu əyalətində bu ilin birinci yarısında 37 nəfər yoluxub, bu yaxınlarda isə Anhoyda daha 23 nəfərdə SFTS aşkarlanıb

BAKI, 8 avqust — Sputnik. Çində yeni növ, gənələr vasitəsilə keçən SFTS tipli virus yayılıb. Bu virusdan artıq minimum 7 nəfər ölüb, 60 nəfər yoluxan var.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Global Times yazır.

Bu virus hələ 2011-ci ildə aşkarlanıb. Mütəxəssislər bildirirlər ki, gənənin yoluxdurduğu insandan SFTS virusu digər insana qan və ya selikli qişa vasitəsilə keçə bilir. 

Nəşrin məlumatına görə, Çinin Szyansu əyalətində bu ilin birinci yarısında 37 nəfər yoluxub, bu yaxınlarda isə Anhoy əyalətində daha 23 nəfərdə SFTS aşkarlanıb.

Həkimlər xatirladıblar ki, təhlükə mənbəyi gənə olduğundan, bütün təhlükəsizlik qaydalarına riayət edilərsə, panikaya əsas yoxdur. 

2
Əlaqədar
Koronavirusu spreylə dayandıracaqlar
Çində daha bir həyəcan – Bubon taunu səbəbindən fövqəladə vəziyyət
Hansı daha təhlükəlidir - koronavirus, yoxsa hantavirus?
Ultrabənövşəyi şüa koronavirusu öldürür
Spirt və xlor ən effektiv vasitədir
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-19-a yoluxanların sayı xeyli azaldı

57
(Yenilənib 16:05 08.08.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6457, ötən müddət ərzində isə ümumilikdə 779 508 test aparılıb

BAKI, 8 avqust — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 105 yeni yoluxma faktı qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

View this post on Instagram

A post shared by Sputnik Azərbaycan (@sputnik.az) on

İndiyədək ölkədə ümumilikdə 33 481 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 056 nəfər müalicə olunaraq sağalıb, 488 nəfər vəfat edib, aktiv xəstə sayı 2937 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6457, ötən müddət ərzində isə ümumilikdə 779 508 test aparılıb.

57
Teqlər:
Azərbaycan, Koronavirus, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Bizimkilər qərar verərkən bu rəqəmlərə mütləq baxırlar
Yoluxmanın artmasından ən çox həkimlər yorulublar
"Alovlanma başlasa, yenidən bağlanmalara məcbur olacağıq" - Şahmar Mövsümov
Koronavirusa yoluxan məhbusların hamısı sağalıb - Ədliyyə Nazirliyi
O gün yetişir! Rusiyada ilk koronavirus peyvəndi qeydiyyatdan keçəcək