BAKI, 15 mart — Sputnik. Hər il martın ortalarında Azərbaycanda Novruza hazırlıqla əlaqədar olaraq bayramqabağı ajiotaj yaşanır. Eyni zamanda ekspertlər həmin dövrdə daha çox tələb olunan məhsulların qiymətlərinin artdığını bildirirlər.
Martın 17-də saat 12:00-da Sputnik Azərbaycan-ın mətbuat mərkəzində keçiriləcək mətbuat konfransında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Novruzun bayram səbəti və Azərbaycanın istehlak bazarındakı cari vəziyyətdən danışacaq.
Əlaqə üçün
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.
BAKI, 24 fevral — Sputnik. "Azəriqaz" İB abonentlərə müraciət edib.
Qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunur ki, belə bir kəskin hava şəraitində mənzildə istifadə edilən qaz cihazlarında hər hansı bir nasazlıq yaranarsa, "Azəriqaz" İB ilə əlaqə saxlanılsın:
"Bu sahədə əməkdaşlarımız lazım olan yardımı göstərəcəklər. Bundan başqa, kim əvvəlcədən ödənişli sayğacdan istifadə edirsə və hazırda sayğacında qaz həcmi bitibsə, bizə müraciət edə bilər. Bu soyuq havada evdən bayıra çıxa bilməyən abonentlərimiz kartlarına vəsait yükləmək istəyərlərsə, köməklik etməyə çalışacağıq. Kartlarını götürüb terminallarda balansını artırmaqla geri qaytaracağıq".
"Xahiş edirik ki, kimin belə bir xidmətlərə ehtiyacı olarsa, sosial şəbəkə üzərindən və ya "Whatsapp" nömrəmizə (077 3 104 104) yazsın", - deyə qeyd olunub.
BAKI, 25 fevral — Sputnik. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı "Bir teatr, bir festival" layihəsi çərçivəsində "Sözün nizamı" adlı V festivalını keçirir.
Sputnik Azərbaycan xəbər verir ki, festival görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.
Festivalda Bakı Uşaq və Gənclər Teatrının aktyorları Nizami poeziyasından nümunələrlə çıxış edəcəklər. Aktyorlar tərəfindən təqdim olunan materiallar martın 3-nə qədər video şəklində çəkilib, Bakı Uşaq və Gənclər Teatrının "YouTube" kanalında yerləşdiriləcək. Bədii qiraət festivalı nəticələrinin onlayn səsverməyə uyğun dəyərləndirilməsi planlaşdırılır. Festivala Milli Teatr Günündə yekun vurulması nəzərdə tutulub.