Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranski

Rövşən Lənkəranski Lotu Bəxtiyarın rekordunu təzələdi

3119
"Qanuni oğru" haqqında yazılmış eyni adlı roman ötən ay Azərbaycan dilində satılan kitablar arasında birinci olub

BAKI, 14 mart — Sputnik. Hər ay olduğu kimi, "Qanun" Nəşrlər Evi fevral ayı ərzində ən çox satılan kitabların siyahısını açıqlayıb. Yeni siyahıya əsasən, ötən ayın ən çox satılan kitabı Bəhram Çələbinin müəllifi olduğu "Rövşən Lənkəranski" kitabıdır.

Yazıçı Bəhram Çələbi Sputnik Azərbaycan-a deyib ki, Lənkəranski mövzusuna müraciət etməsi təsadüfü deyil: "Mənim kriminal səpkidə 14 kitabım var. Kitabların çox satılmasının səbəblərindən biri mövzunun maraqlı olmasıdır. Əvvəl "Kriminal xronika" qəzetində yazırdım. Qəzetin bütün tirajları maraqla oxunurdu".

Yazıçı deyir ki, Lotu Bəxtiyar haqqında yazdığı kitabdan sonra ən çox satılanı "Rövşən Lənkəranski" romanı olub: "Sarı ədəbiyyat hər zaman oxucular üçün maraq doğurub. Rövşən Lənkəranski haqqında yazdığım kitab həcmcə bir qədər balacadır. İndi həmin kitabın geniş formatda ikinci nəşrini hazırlamaq istəyirəm".

3119
Teqlər:
Lotu Bəxtiyar, Bəhram Çələbi, Rövşən Lənkəranski, kitab, "Qanun" Nəşrlər Evi
Əlaqədar
Lənkəranskinin qətlində İŞİD izi
Şeyx Həmzətin aradan götürülməsində Rövşən Lənkəranskinin düşmənləri maraqlı olublar
Rövşən Lənkəranskinin ortağını gülləbaran elədilər
Lənkəranskinin, Şeyxin nəzarətinə keçən obyektlərinin siyahısı
Lənkəranskinin qətlində şübhəli bilinən şəxslə bağlı qərar verildi
Qalmaqallı qətlin sifarişçisi Lənkəranski deyilmiş
Rövşən Lənkəranskinin qətli ilə bağlı gizlinlər aşkara çıxır