MDB hökumət başçılarının iclası

MDB-nin iqtisadi gündəmi masaya yatırılacaq

13
(Yenilənib 18:37 10.03.2017)
Yeni layihələr müzakirə ediləcək, qarşılıqlı maraq doğuran əməkdaşlığın prioritet istiqamətləri barədə fikir mübadiləsi aparılacaq

BAKI, 10 mart — Sputnik. Martın 17-də Moskvada MDB İqtisadi Şurasının iclası, həmçinin "MDB — gələcəyə baxış" Beynəlxalq İqtisadi Forumu keçiriləcək. Mövzunun aktuallığını nəzərə alaraq "Müstəqil Dövlətlər Birliyinin iqtisadi gündəmi" mövzusunda Moskva-Astana-Bakı-Bişkek-Yerevan-Kişinyov-Minsk videokörpüsü təşkil olunacaq.

Videokörpü martın 14-ü saat 14:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində keçiriləcək. Videokörpünün gedişində iqtisadi və sosial xarakterli məsələlərdən söhbət açılacaq, MDB çərçivəsində artıq həyata keçirilmiş və həm də yeni layihələr müzakirə ediləcək, qarşılıqlı maraq doğuran əməkdaşlığın prioritet istiqamətləri barədə fikir mübadiləsi aparılacaq.

İştirakçılar

Moskvada:
MDB-nin İcraiyyə Komitəsinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Andrey Kuşnirenko;
MDB-nin İqtisadi İnkişaf İş Mərkəzinin baş direktoru Vladimir Savçenko.

Bakıda:
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aparıcı elmi əməkdaşı Emin Məmmədzadə.

Bişkekdə:
Qırğızıstanın sabiq kənd təsərrüfatı naziri, milli iş klubunun əməkdaşı Jumakadır Akeneyev.

Kişinyovda:
İqtisadi Araşdırmalar Milli İnstitutunun aparıcı elmi əməkdaşı Mixail Poysik.

Astanada:
Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin İqtisadiyyat İnstitutunun filialının Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin direktoru Jangeldı Şimşikov.

Minskdə:
Belarus Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Dünya iqtisadiyyatı və xarici iqtisadi tədqiqatlar şöbəsinin müdiri Tatyana Vertinskaya.

Yerevanda:
Yerevan Dövlət Universitetinin İqtisadiyyatın riyazi modelləşdirilməsi kafedrasının müdiri, professor Aşot Tavadyan.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.

13
Teqlər:
"MDB-gələcəyə baxış", MDB İqtisadi Şurası, Beynəlxalq İqtisadi Forum, müzakirə, iclas
Əlaqədar
MDB üçün başlıca məsələ təhlükəsizlikdir
MDB dövlətlərinin xarici siyasət prioritetləri
"MDB-nin ən güclü dövrü indidir"
Ramiz Mehdiyev MDB təhlukəsizlik şurasi katiblərinin iclasinda iştirak edib
İlham Əliyev MDB-nin ölkə başçılarının sammitində iştirak edəcək
MDB PA Azərbaycandakı referendumu izləyəcək
Videokörpü: Azərbaycan və MDB-də turizmin inkişaf perspektivləri