Əliməmməd Nuriyev, Əhməd Abbasbəyli

Beynəlxalq təşkilata Azərbaycandan təhrif olunmuş məlumatlar göndərilib?

87
(Yenilənib 22:16 07.03.2017)
Əliməmməd Nuriyev: "Koalisiyanın maraqlarını şəxsi və siyasi qrup maraqlarına qurban verirlər"

BAKI, 7 mart-Sputnik. MSŞA QHT Koalisiyasının 94 üzvü MHŞT üzrə Beynəlxalq İdarə Heyətini Azərbaycanın üzvlüyünün bərpasına çağırıb. Bu barədə Sputnik Azərbaycan-a MSŞA QHT Koalisiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ictimai birliklərin "Mədən sənayesində şəffaflığın artırılması" (MSŞA) QHT Koalisiyası üzvləri MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə müraciət edib. 2017-ci il 08-09 mart tarixində, Kolumbiyanın paytaxtı Boqota şəhərində keçiriləcək növbəti toplantısı ərəfəsində MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə müracəti 140 Koalisiya üzvündən 94-ü dəstəkləyib.

MSŞA Koalisiyası Şura üzvü Əliməmməd Nuriyev bu barədə məlumat verib. Onun sözlərinə görə, müraciətdə qeyd olunur ki, yerli vətəndaş cəmiyyəti Azərbyacanın MHŞT-də iştirakını, bu sahədə indiyə qədər görülən işləri, təşəbbüsləri ölkəmiz, yerli vətəndaş cəmiyyəti üçün vacib hesab edir:


"MHŞT ölkəmizdə şəffaflığın və hesabatlılığın tətbiqi, gəlirlərin düzgün idarə edilməsi, ictimai iştirakçılığı dəstəkləməklə yeni islahatlar mərhələsinə qədəm qoyan Azərbaycan üçün çox fayda verir. MHŞT eyni zamanda yerli vətəndaş cəmiyyətinə hökumətlə əməkdaşlıq, müzakirə və qərarların qəbulu prosesində iştirak imkanları təqdim edir. Bu baxımdan Azərbaycanın MHŞT-də fəaliyyətinin davam etməsi yerli vətəndaş cəmiyyəti üçün də çox mühümdür və taleyüklü məsələdir. Bir daha qeyd edək ki, yerli vətəndaş cəmiyyəti təmsilçiləri olaraq birmənalı şəkildə Azərbaycanın MHŞT-də fəaliyyətinin davam etdirməsinin tərəfdarıyıq. Hesab edirik ki, Azərbaycanın MHŞT-də iştirakı ilk növbədə Azərbaycan vətəndaş cəmiyyəti üçün çox önəmlidir həm təbii ehtiyatların işlənməsinə nəzarət baxımından həm də vətəndaş cəmiyyətinin inkişafı və rolunun artması baxımından. Azərbaycanın üzvlüyünün dayandırılması çox tələsik addım olardı".

Nuriyev bildirib ki, MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 15 aprel 2015-ci il tarixli iclasında Azərbaycan üçün təsdiq edilən İslahedici Tədbirlər Planı və Astana toplantısında irəli sürülən tədbirlərin icra olunmasından sonra vəziyyətin müsbətə doğru dəyişməsi ilə bağlı hökumət tərəfindən bir sıra əhəmiyyətli addımlar atıldığı da diqqətə çatdırılıb:

"Müraciətdə qeyd edilib ki, Koalisiya üzvlərinin üzləşdikləri praktiki problemlər əsasən həll edilib, qrantların qeydiyyatı prosedurlarında və donorların fəaliyyətini tənzimləyən qaydalarda xeyli sadələşdirmələrə dair hokumət müvafiq qərarlar qəbul edib (ölkə prezidentinin 21 oktyabr 2016-cı il tarixli fərmanı, Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli və 24 yanvar 2017-ci il tarixli qərarları).

  

Bu qərarlar həm yerli QHT-lər həm də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir və vətəndaş cəmiyyətinin öncəki fəaliyyətinin bərpasına zəminlər yaradıb. Vətəndaş cəmiyyəti təmsilçiləri olaraq bütün gücümüzlə bu cür müsbət dəyişiklərə təkan verməyə çalışırıq. Hökumətlə müzakirələr deməyə əsas verir ki, bu proses artıq davamlı xarakter alıb və mövcud probləmlərin həlli istiqamətində qərarların qəbulu davam edəcəkdir".

Nuriyevin sözlərinə görə, Koalisiya üzvləri müraciətin sonunda ölkəmizin MHŞT-də iştirakının vətəndaş cəmiyyəti üçün əhəmiyyəti bir daha vurğulanıb:

"Xüsusi olaraq bir daha bəyan etdik ki, indiki mərhələdə, dəyişikliklərə start verildiyi bir vaxtda ölkəmizin MHŞT-də iştirakı vətəndaş cəmiyyətinin inkişafı və gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir".

Müraciətlə bərabər QHT qanunvericiliyinə dəyşikliklərlə bağlı yerli və beynəlxalq təşkilatların müsbət rəyləri də MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə göndərilib.

Nuriyev əlavə edib ki, Koalisiya Şurasının altı üzvü ("altılıq") tərəfindən də MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə təhrif olunmuş məlumatlar göndərilib:

"Bu məlumatlarda situasiya və faktlar təhrif edilib. "Altılıq" Koalisiyanı siyasi platformaya çevirməyə cəhd göstərir. Koalisiyanın maraqlarını şəxsi və siyasi qrup maraqlarına qurban verirlər. Azərbaycanın üzvlüyünün dayandırılması ilə bağlı hər hansı qərar qəbul olunacaqsa, buna görə "altılıq" məsuliyyət daşıyacaq".

Müraciətin Azərbaycan və ingilis dilində tam mətnləri və onu imzalayan şəxslərin siyahısı ilə bu linkdən (http://strateq.az/gundem/149262/mssa-qht-koalisiyasinin-94-uzvu-mhst-uzr%C9%99-beyn%C9%99lxalq-idar%C9%99-hey%C9%99tini-16.html) tanış ola bilərsiniz.

87
Teqlər:
qht-lər, Koalisiya Şurası, QHT Koalisiyası, Mədən sənayesində şəffaflığın artırılması", Əliməmməd Nuriyev, Azərbaycan
Əlaqədar
QHT-lər çirkin kampaniyaya etiraz etdilər
Beynəlxalq QHT-lər yalnız sahiblərinin sifarişini yerinə yetirir
Elməddin Behbud: “Xaricdən maliyyələşən QHT-lərin fəaliyyətində qanun pozuntuları var idi”
"Dövlətin dəstəyi olmadan QHT-lərin inkişafından danışmaq mümkün deyil"
Azərbaycanda QHT-lərin Açıq Hökumət Platforması yaradılacaqmı?
Çarpayıda gənc cütlük, arxiv şəkli

Hüquqşünas: "Yataq otağından çıxandan sonra söhbət ediləcək mövzu yoxdursa..."

8
(Yenilənib 15:15 19.01.2021)
"Kişilər unutmamalıdırlar ki, qadınla ailə həyatı quran zaman o, atası evindən çıxanda əxlaqsız olmur ki?! Əxlaqsız idisə, niyə alırdın? Deyildisə, deməli, sənin əlində əxlaqsız olub"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Pandemiya dövründə daha əvvəl müşahidə edilməyən qaydalar tətbiq edildiyi üçün vətəndaşlar bu dönəmdə müxtəlif qayda pozuntuları ilə qarşılaşdılar. Karantin rejimi, SMS-icazə, evdə qalmaq kimi məhdudiyyətlər yenilik olduğu üçün bir çox vətəndaşlar bu vəziyyətlə barışmaqda çətinlik çəkdilər.

Bəs bu dövrdə vətəndaşlar hüquqşünaslara daha çox hansı hüquq pozuntusu ilə müraciət ediblər?

Hüquqşünas Tağı Hüseynov Sputnik Azərbaycan-ın suallarını cavablandırıb.

© Sputnik / Irade JELIL
Hüquqşünas Tağı Hüseynov

- Pandemiya dövründə vətəndaşları hüquqi istiqamətdə daha çox nə narahat edib?

- Pandemiya dövründə əsas hüquq pozuntuları iki istiqamətdə olub. Yəni şəxslərin bizə müraciətləri boşanma və inzibati orqanların tətbiq etdiyi cərimələrlə bağlı olub. Bir müddət əvvəl, sərt karantin rejimində evdə qalmaq tələbi, kafe və restoranların bağlı olması ailələri, demək olar ki, bir yerə topladı. Bu müddət ərzində mehriban olan ailələr daha da mehribanlaşdı. Problemli ailələrin problemi isə böyüyərək boşanma ilə nəticələndi.

İkinci istiqamətdə olan hüquq pozuntuları əsasən polisin yazdığı cərimələrlə bağlı olub. Belə ki, müraciət edən vətəndaşlar müxtəlif səbəblərlə polisin yazdığı cərimələrlə razılaşmadıqlarını dilə gətirirdilər. Bəziləri qeyd edirdilər ki, SMS müddətinin bitməsindən 2 dəqiqə sonra cərimə yazılıb, bəziləri evinin qapısında ona cərimə yazıldığını bildirirdilər. Bu problemlə qarşılaşan vətəndaşların 99 faizi məhkəməyə müraciət etmir. Düşünürlər ki, 100 manata görə məhkəmələrə vaxt ayırmağa dəyməz.

Ancaq bəzi prinsipial insanlar var ki, axıra qədər davam edirlər. Mən vətəndaşlara izah edirdim ki, məhkəməyə arayış yazmağa 50 manat vəkilə verməkdənsə, cəriməni tətbiq edən quruma müraciət ünvanlasınlar.

- Boşanma müraciətləri ilə bağlı vətəndaşlar səbəb kimi nəyi vurğulayırlar?

- Düzünü desək, son dövrlədə kişilər öz məsuliyyətlərini unudublar. Bir müddət əvvəl qadınlar hüquq bərabərliyi istəyirdilər. Bu da sizə hüquq bərabərliyi. Ailədə kişi və qadınların vəzifələri yazılı şəkildə müəyyən edilmədiyi üçün ailə daxilində ər və arvad ailədə öz vəzifəsini bilmir. Ərzaq, əmlak, yemək almaq və s. kimin vəzifəsidir? Heç kim bilmir. Çox qəribədir, ailədə kişi yeyib-yatanda, işləməyəndə məsuliyyətə cəlb edilmir, amma ayrılandan sonra aliment ödəməyəndə cəlb edilir.

Boşanmaların digər səbəbi isə xəyanətdir.

Sosial şəbəkələr xəyanətlərin artmasına səbəb olur. Qadın və ya kişi sosial şəbəkədə kimləsə tanış olur və düşünür ki, ərim, arvadım onsuz da bilməyəcək. Amma artıq texnologiya inkişaf edib. Bütün şəbəkələrin mesajlarını tutmaq mümkündür.

Kişilər unutmamalıdırlar ki, qadınla ailə həyatı quran zaman atası evindən çıxanda əxlaqsız olmur ki?! Əxlaqsız idisə, niyə alırdın? Deyildisə, deməli, sənin əlində əxlaqsız olub.

Qadınlar da ailə həyatına müvəqqəti baxırlar. Yəni ərə sadəcə ərə getmək, ana olmaq xatirinə gedirlər. Düşünmürlər ki, həyat yoldaşı olmaq da özü də gözəl statusdur.

Qızlar oğlanı tanımadan ailə həyatı qururlar. Bəzən olur ki, onlar yataq otağından çıxandan sonra yarım saat söhbət edə biləcək mövzu tapa bilmirlər.

Bu səbəbdən də ailələr uzun müddətli olmur.

- "Aliment Fondu"nun yaradılması müzakirə edilir.

- Fondun yaradılması bir neçə il əvvəl də müzakirə edilmişdi. Ancaq bu müzakirələr reallaşmadı. Çünki bu fondun yaradılması boşanmaların artmasına səbəb ola bilərdi. Məsələn, qadınlar onu incidən həyat yoldaşları ilə birlikdə yaşamaqdan imtina edəcəkdilər. Düşünəcəkdilər ki, əgər fond varsa, heç kişini aliment üçün məhkəməyə də verməyə ehtiyac qalmayacaq. "Aliment Fondu" uşağa aliment ödəyəcək.

Ancaq bu gün qadınlar düşünürlər ki, boşansalar, aliment də ala bilməsələr, uşağa tək baxa bilməyəcəklər. Məcburən güzəştə gedib, ailə həyatını davam etdirməli olurlar.

Bu səbəbdən də fondun müzakirəsi dayandırıldı.

Hesab edirəm ki, uşaq pulunun verilməsi müzakirə edilməlidir. Məsələn, hər uşağa 100 manat uşaq pulu ayrılsa, boşanma olsa belə, kişi öz payına düşən 75 manatı ödəməli olar.

Ölkədə hamı 2000 manat maaş almır. Normal maaş 500 manatdır. Əgər bu maaşı alan kişinin iki uşağı varsa, uşaqlara 350 manat ödənilməlidir. Bu da təbii ki, kişiyə də sərf etmir. Mən hesab edirəm ki, kişilərə güzəşt etmək lazımdır. Aliment verməyən kişi Azərbaycan üçün üz qarasıdır. Ancaq kişilərin gəlirləri də nəzərə alınmalıdır.

8
Teqlər:
müsahibə, problemlər, kişi, qadın, hüquqşünas
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu

MN: Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir

4
(Yenilənib 19:44 19.01.2021)
Hərbi qulluqçular şəxsi heyətin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra müvafiq bölgü aparılır.

BAKI, 19 yanvar — Sputnik. "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında" ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu keçirilir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinin əmri ilə gənc əsgərlərin sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür. Eyni zamanda, müxtəlif mövsümi xəstəliklərdən qorunmaqla bağlı şəxsi heyətlə müvafiq maarifləndirmə işləri aparılır və onların sağlamlığına nəzarət məqsədi ilə gündəlik termometriyası keçirilir.

Hərbi qulluqçular şəxsi heyətin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra müvafiq bölgü aparılır.

  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
1 / 3
© AR Ministry of Defence
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu

Tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən müayinə olunduqdan sonra hərbi qulluqçuların hər birinə tibbi kitabça açılır və gənc əsgərlərə müvafiq qaydada məişət xidmətləri göstərilir.

Hərbi qulluqçular bütün təminat növlərinə qoyulurlar və normalara uyğun olaraq qış hərbi geyim forması ilə təmin edilirlər.

Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq şəxsi heyətə sıra hazırlığı məşğələləri keçirilir və onlara hərbi intizamın möhkəmləndirilməsi üzrə mühazirələr oxunur.

4