Səhər-səhər dollardan yeni xəbər

© Sputnik / Murad OrujovDollar
Dollar - Sputnik Azərbaycan
Abunə olmaq
Banklarda ABŞ valyutası bahalaşıb

BAKI, 7 mart — Sputnik. Bu gün ölkənin bir neçə bankı xarici valyutanın satış və alış qiymətlərini bahalaşdırıb. Sputnik Azərbaycan Fins.az-a istinadən xəbər verir ki, səhər saatlarından banklar 1 dolları 1.7200 manatdan baha alır, 1.7750 manatdan da yüksək satır.

ABŞ dolları - Sputnik Azərbaycan
Dolları görün hansı aqibət gözləyir - sabahdan etibarən

Araşdırmaya əsasən, dünən "Bank BTB" dolları 1.7400 manata alıb 1.7800 manata satırdı. Bu gün isə bu bankda dolların alışı 1.7450 manat, satışı isə 1.7900 manatdır.

"Günaybank" da qiymətləri bahalaşdırıb. Belə ki, bank dolları 1.7560 manata alır, 1.7800 manata satır. Dünən isə bu göstərici müvafiq olaraq 1.7540 manat və 1.7770 manat olub.

"AtaBank" yalnız dolların satışını bahalaşdırıb: Dünən ABŞ valyutasını 1.7850 manata satan bank bu gün 1.7900 manata satır.

"Caspian Development Bank" isə dolların alışını bahalaşdırıb, satışını isə ucuzlaşdırıb. İndi bu bankda valyutanın alışı 1.7350 manatdır. Dünən isə 1.7300 manat idi. "CDB bank"da dolların satışı 1.8000 manatdan 1.7950 manata enib.

Xəbər lenti
0