Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verildi

© Photo : Azərbaycan Prezidentinin rəsmi internet səhifəsiMehriban Əliyeva, Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva, Azərbaycanın birinci xanımı - Sputnik Azərbaycan
Abunə olmaq
Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ilə əlaqədar Milli Məclisin deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət edib

BAKI, 6 mart — Sputnik. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Sputnik Azərbaycan "Qafqazinfo"ya istinadən xəbər verir ki, iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Əliyevanın səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.

İclasda qeyd edilib ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ilə əlaqədar Milli Məclisin deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət edib. Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0