Prezident "Ürək Mərkəzi"nin açılışında iştirak edib

© Official website of President of Azerbaijan Republicİlham Əliyev və Mehriban Əliyeva Respublika Diaqnostika Mərkəzinin açılışında, arxiv şəkli
İlham Əliyev və Mehriban Əliyeva Respublika Diaqnostika Mərkəzinin açılışında, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident və Birinci vitse-prezident Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olublar

BAKI, 6 mart — Sputnik. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində "Ürək Mərkəzi"nin açılışı olub. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.

Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Prezident və Birinci vitse-prezident Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olublar. Dövlət başçısı və Birinci vitse-prezident mərkəzin kollektivi ilə görüşüblər.

Xəbər lenti
0