Türkiyənin müdafiə naziri Fikri İşık

Rusiyanın bəyanatına Türkiyədən sərt reaksiya

315
(Yenilənib 21:26 03.03.2017)
Müdafiə naziri Fikri İşıq: Öncə İŞİD bəzi yerləri rejimə verdi, indi də gördüyümüz kimi PYD, YPG bəzi yerləri rejimə tərk edir. Bu əslində İŞİD, PYD və Bəşər Əsədin birlikdə hərəkət etdiyini göstərir

BAKI, 3 mart — Sputnik. Rusiya Baş Qərargahının Hərbi əməliyyatlar üzrə komitə sədri Sergey Rudskoy, PYD-nin nəzarətindəki Menbiçin, Suriya ordusuna təslim ediləcəyini söyləyib.

Sputnik Türkiyə xəbər verir ki, Rudskoy, təşkil etdiyi mətbuat konfransında PYD-nin ərazidən çəkilməyi qəbul etdiyini və Menbiçi Bəşər Əsəd rejiminə bağlı orduya təslimə razı olduğunu deyib.

Mövzu ilə bağlı açıqlama verən Türkiyənin müdafiə naziri Fikri İşıq, PYD, Əsəd rejimi və İŞİD-in birgə hərəkət etdiyini söyləyib.

"Öncə İŞİD bəzi yerləri rejimə verdi. İndi də gördüyümüz kimi PYD, YPG bəzi yerləri rejimə tərk edir. Bu əslində İŞİD, PYD və Bəşər Əsədin birlikdə hərəkət etdiyini göstərir".

315
Teqlər:
Türkiyə, Rusiya, Rusiya Baş Qərargahının Hərbi əməliyyatlar üzrə komitə sədri Sergey Rudskoy, Türkiyənin Müdafiə naziri Fikri İşıq, İŞİD, Suriya, Bəşər Əsəd, PYD, YPG, Fikri İşıq, Baş Qərargah rəisi Sergey Rudskoy
Əlaqədar
İŞİD bu şəhəri də qana boyadı
Tramp: "İŞİD xərçəng şişidir"
Türk ordusu Əl-Babı İŞİD-dən təmizlədi
İŞİD-in əl-Bab “vali”si öldürüldü
Türk ordusundan İŞİD-ə daha bir zərbə

Əlvida, dəniz, isti günlər üçün darıxacağıq

2
(Yenilənib 21:49 24.09.2021)
İndi daha günəş yandırmır. Sərində sahil boyu gəzişmək, velosiped sürmək bədəni gümrahlaşdırmaqla yanaşı, xüsusi nostalji zövq bəxş edir adama. Payızın ilk günləri Nabran sahilləri Sputnik Azərbaycan-ın fotolentində.

Daha bir yay bitdi. Havaların soyuması ilə dənizə gedənlərin sayı azalıb. Yayın isti günlərində istənilən vaxt sahildə görünən adamlar indi çəkilmək üzrədir. Sübh tezdən tilovunu suya atıb saatlarla gözləyən balıqçılar gözə dəyirlər.

Mavi suların qoynu və qumlu sahillər azyaşlıları sevindirir. Velosipedlə sahil kənarında hərəkət edənlər dənizin təmiz havasında bədənlərini gəncləşdirirlər. Dənizin dalğalarından qorxmayan heyvanlar sahil kənarında sərinləyirlər. Günəşin közərən şüaları görünür. Günəş qürub etdikcə dalğaların səsi aydın eşidilir. Əlvida, dəniz. İsti günlər üçün darıxacağıq...

2
  • © Sputnik / Ilham Mustafayev

    Zaman da qum kimi barmaqlar arasından süzülür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda dalğalarla son söhbət - gələn mövsümədək.

  • © Sputnik / Ilham Mustafayev

    Sentyabr gəldisə, balıq tutmaq və yemək olar. Nabranda balıqçılar bu fürsəti qaçırmırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub daha həşəmətli görünür.

  • © Sputnik / Ilham Mustafayev

    Sahil kənarıyla qaçan alabaş.

  • © Sputnik / Ilham Mustafayev

    Xırçın ləpələr də adamlarsız darıxır.

  • © Sputnik / Ilham Mustafayev

    Yaş qum üzərində velosiped sürmək də bir zövqdür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahildə unudulmuş toplar.

  • © Sputnik / Ilham Mustafayev

    Polietilen torba budağı "niyyət ağacı"na bənzədib.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub vaxtı dənizdən pay uman balıqçı.

  • © Sputnik / Ilham Mustafayev

    Narıncıya boyanan gün.

  • © Sputnik / Ilham Mustafayev

    İnəklər də çimərlikdə tənhalıqdan kam alırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahil kənarında qız.

Pianoçu Vurğun Vəkilov

Səməd Vurğunun nəticəsi şah əsərləri ifa edib

19
(Yenilənib 22:24 24.09.2021)
V.Vəkilov ölkəmizi İtaliya, Yaponiya, Rusiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrdə keçirilən müsabiqələrdə də təmsil edib. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib.

BAKI, 24 sentyabr — Sputnik. Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı davam edir. Sentyabrın 23-də festival çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində istedadlı pianoçu, Xalq şairi Səməd Vurğunun nəticəsi, "École normale de musique de Paris-Alfred-Cortot" ali musiqi məktəbinin tələbəsi Vurğun Vəkilovun konserti olub.

Sputnik Azərbaycan xəbər verir ki, konsertdə klassik musiqinin şah əsərləri səslənib. Pianoçunun çıxışı böyük maraqla qarşılanıb.

Qeyd edək ki, V.Vəkilov 2004-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birinci sinfinə gedib. İstedadlı pianoçu 2008-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunan Gənc İfaçıların Birinci Respublika Müsabiqəsinin qalibi olub. V.Vəkilov ölkəmizi İtaliya, Yaponiya, Rusiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrdə keçirilən müsabiqələrdə də təmsil edib. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib.

19