Marketdə siqaret satışı

Siqaretin nağdsız satışına icazə verilib?

244
(Yenilənib 11:56 01.03.2017)
Tütün məhsullarının kartsız (nağdsız) satışına icazə verildiyi və qiymətlərin aşağı düşdüyü bildirilir

BAKI, 1 mart — Sputnik. Siqaretin nağdsız satışına icazə verildiyi və qiymətlərin aşağı düşdüyü xəbəri yayılıb. "Marja"nın əldə etdiyi məlumata görə, tütün məhsullarının kartsız (nağdsız) satışına icazə verildiyi və qiymətlərin aşağı düşdüyü bildirilir.

Курение в общественных местах
© Sputnik / Владимир Астапкович

Xəbər verildiyi kimi, Azərbaycanda topdansatış mərkəzlərində siqaretlərin nağd pulla satışı qadağan edilmiş, nağd pulla satınalma əməliyyatlarının həyata keçirilməsi dayandırıldığı üçün mağazalarda müəyyən növ siqaretlərin qıtlığı müşahidə edilirdi. Yeni qaydalara görə, tütün məhsullarının pərakəndə satışı istisna olmaqla, onların alqı-satqısı yalnız nağdsız şəkildə aparıla bilər. İstənilən dükan siqaret almaq üçün ya bank hesabına, ya da VÖEN-ə bağlı kart hesabına malik olmalıdır.

Tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların nağd yolla az miqdarda satılması, belə məhsulların satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə, 100 manat cərimə nəzərdə tutulub. Burada "az miqdarda" 50 manatlıq məbləği nəzərdə tutur. Topdan və pərakəndə satış obyeklərinin nümayəndələri yeni qaydaların həm biznesə, həm də istehlakçılara ciddi ziyan vurduğunu bildirirdilər.

Müşahidələr göstərib ki, hazırda qanuni şəkildə istehsal edilən siqaretləri əsasən Bakıda yerləşən iri supermarket şəbəkələrində tapmaq mümkündür. Hətta onlar üçün də siqaretləri vaxtlı-vaxtında əldə etmək asan deyil. Bu da öz növbəsində bəzi siqaretlərin qıtlığı ilə nəticələnir. Belə supermarketlərin sayı isə çox deyil. Lakin istehlakçılar siqaret almaq üçün adətən iri marketlərə müraciət etmirlər, onların siqaret almaq üçün tez-tez müraciət etdikləri orta və kiçik dükanlarda isə siqaret qıtlığı yaranıb.

Nağd satış qadağan olunduqdan sonra, piştaxtalarda leqal siqartetlərin yerini qaçaqmal yolu ilə gətirilən, büdcəyə heç bir vergi və rüsumu ödənilməyən, mənşəyi bilinməyən siqaretlər tutmağa başlamışdı.

244
Teqlər:
supermarket, topdansatış, tütün, siqaret, qiymət
Əlaqədar
Siqaret bu qorxunc xəstəlikdən xilas edirmiş
Siqaret cibində partladı
Siqaretdən istifadə məhdudlaşdırılır
Ölkədə siqaretlər yenidən bahalaşdı
Siqaret ilə bağlı cəzalar artırıldı
Azərbaycanın ən çox siqaret çəkilən rayonları bunlardır
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

15
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

15
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Bakıda koronavirus ocağı bu ərazidir

19
(Yenilənib 23:42 23.01.2021)
Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

 

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

19