Tonqal

Bu gün Od çərşənbəsidir

72
(Yenilənib 11:25 28.02.2017)
Novruz şənliklərinin əsas atributlarından olan tonqal və onun üzərindən tullanmaq məhz od çərşənbəsinə xas bir ənənədir. Bu çərşənbədə azərbaycanlılar "Ağırlığım, uğurluğum odda qalsın" deyərək tonqalın üzərindən tullanırlar.

BAKI, 28 fev — Sputnik. Bu gün İlaxır çərşənbələrdən Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Od çərşənbəsini vaxtilə bu ərazidə geniş yayılmış atəşpərəstliklə bağlayanlar da az deyil.

Azərbaycanlıların qədim bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür — su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. Bu ünsürlərin hər birini bir çərşənbə təmsil edir.

72
Teqlər:
od, tonqal, çərşənbə, Novruz
Əlaqədar
Su çərşənbəsi: adət və ənənələr
Bu gün Azərbaycanda su çərşənbəsi qeyd olunur
Novruz çərşənbələrinin vaxtı açıqlanıb
"Yel çərşənbəsi": Elimizə bahar gəlir
Bu gün Yel çərşənbəsidir
Su çərşənbəsinin hansı ənənəsini bilirsiz?

Rusiya dünyada koronavirus əleyhinə peyvəndi qeydiyyatdan keçirən ilk ölkə oldu

5
Vladimir Putin dünyada ilk koronavirus əleyhinə peyvəndin qeydiyyatdan keçdiyini elan edib. Preparat Rusiya Müdafiə Nazirliyinin və Qamaleya adına EMMTM-nın mütəxəssisləri tərəfindən birgə hazırlanıb və “Sputnik V” adını alıb.

Peyvənd müvəffəqiyyətlə könüllülər üzərində sınaqdan keçirilib.

Sınaq iştirakçıları qeyd ediblər ki, özlərini əla hiss edirlər və peyvənddən sonra heç bir yan təsir fərq etməyiblər. Həkimlərin sözlərinə görə, bütün könüllülərdə COVID-19 əleyhinə immunitet yaranıb, preparatın özü isə təhlükəsiz olduğunu sübut edib. Dünyanın bir çox ölkəsi də Rusiyanın yeni preparatı ilə maraqlanıblar, hal-hazırda preparatın digər ölkələrdə sınaqdan keçirilməsi və istehsal edilməsi mümkünlüyü müzakirə edilir. Rusiyanın Müdafiə Nazirliyi və Qamaleya adına Mərkəzin birgə işlərindən başqa, daha iki şirkət peyvəndin hazırlanması ilə məşğul olur. Novosibirskin “Vektor” Virusologiya və Biotexnologiya Dövlət Elmi Mərkəzi üç prototipin insanlar üzərində sınaqlarına artıq start verib. Sankt-Peterburqun Peyvənd və Serum Elmi Tədqiqat İnstitutu da peyvəndin hazırlanması ilə məşğuldur. Rusiyalıların kütləvi vaksinasiyası üçün preparatların ilk partiyasının artıq avqustun ortasında hazır olacağı gözlənilir.

5
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, arxiv şəkli

Onları işə buraxmayacaqlar - Baş nazir tapşırıq verdi

88
(Yenilənib 14:28 13.08.2020)
Məktubda qeyd edilən ikinci məqama əsasən, dövlət orqanlarında 65 yaşdan yuxarı işçilərin işə cəlb edilməməsi tapşırığı verilib.

BAKI, 13 avqust - Sputnik. Nazirlər Kabineti 48 dövlət orqanına (nazirliklər, agentliklər və s.) məktub göndərib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib ki, Baş Nazir Əli Əsədovun avqustun 10-da imzaladığı məktubda 3 əsas məqam nəzərdə tutulub.

Məktubda nəzərdə tutulan dövlət orqanlarında işə cəlb ediləcək işçilərin sayının 20-30 %-dən ən çoxu 50%-ə qaldırılması ilə bağlı tapşırıq verilib. Həmin dövlət orqanlarında indiyə qədər işçilərin 20 və 30 %-i işə cəlb edilirdi. Bu sayın dərəcəsi artıq 50%-ə qədər yüksəldilib.

Məktubda qeyd edilən ikinci məqama əsasən, dövlət orqanlarında 65 yaşdan yuxarı işçilərin işə cəlb edilməməsi tapşırığı verilib.

Qeyd edək ki, indiyədək 60 yaşdan yuxarı işçilərin işə cəlb edilməsi qadağan idi.

Üçüncüsü isə dövlət orqanlarında əməkdaşların həftələr üzrə qrafik müəyyən edilməklə, növbəlilik qaydasında işə cəlb edilməsi tapşırılıb.

88