Сотрудники  Службы государственной безопасности Азербайджана, фото из архива

Casusluq başında yaxalandılar

909
(Yenilənib 17:15 24.02.2017)
Dövlət Təhlükəsizliyi Xidməti dövlətə xəyanət etməkdə şübhəli bilinən iki nəfəri saxlayıb

BAKI, 24 fev — Sputnik. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları Əmiri Elşən Məcid oğlu və Babayev Elçin Tacir oğlunun casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Sputnik Azərbaycan DTX-nın saytına istinadla xəbər verir ki, xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən yazılı iltizamla məxfi əməkdaşlığa cəlb edilmiş Elşən Əmirinin və Elçin Babayevin 2016-cı ilin yanvar ayından etibarən həmin orqan tərəfindən verilən tapşırıqlar əsasında Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının məxfi heyətinə daxil olan əməkdaşları, Müdafiə Nazirliyinin hərbi hissələri, onların döyüş potensialı, eləcə də strateji əhəmiyyətli dövlət obyektləri barəsində məlumatlar toplanılması istiqamətində fəaliyyətləri kompleks əməliyyat nəzarətinə götürülərək sənədləşdirilib.

2017-ci il fevralın 20-də DTX, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti tərəfindən birgə həyata keçirilmiş tədbirlər nəticəsində Elşən Əmiri və Elçin Babayev casusluq fəaliyyətlərinin nəticəsi olan maddi sübutlarla şübhəli şəxs qismində tutulublar. Onların cinayətinin qarşısı alınıb.

Elşən Əmiri və Elçin Babayev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediliblər, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

909
Teqlər:
casusluq, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, 274-cü (dövlətə xəyanət) maddəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Babayev Elçin Tacir oğlu, Əmiri Elşən Məcid oğlu, Azərbaycan
Əlaqədar
DİN və DTX-dan növbəti əməliyyat
DTX-nın rəisi: "Ölkəmizə qarşı təhlükə və təhdidlər var"
DTX "reket jurnalist" şəbəkəsini ifşa edib
DTX əməliyyat keçirib, Bakıda terrorçular məhv edilib
RBP, DİN və DTX "FETÖ əməliyyatları" ilə bağlı birgə açıqlama verdi
 Xəstəxana, arxiv şəkli

Gəncədə yaralanan gənclərdən biri həyatını itirdi

28
Gəncədə avtomobilin quyuya aşması nəticəsində yaralananların şəxsiyyəti məlum olub. Onlardan biri xəstəxanada keçinib

BAKI, 25 may - Sputnik. Gəncədə “VAZ 2106” markalı avtomobilin quyuya düşməsi nəticəsində yaralanan şəxslərdən biri dünyasını dəyişib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Gəncənin Atabəylər prospektində hərəkətdə olan “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında qazılmış 9 metr dərinliyində olan quyuya düşüb. Nəticədə 1985-ci il təvəllüdlü Rəcəbov Fuad Kamran oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elmir Etibar oğlu ağır xəsarətlər alıblar. 

Məlumata görə, Rəcəbov Fuad Kamran oğlu xəstəxanada vəfat edib.

28
Əlaqədar
Bayram günü dəhşətli qəza: Avtomobil iki hissəyə bölündü
Ramazan şirniyyatı qismət olmadı: Mingəçevirdəki qəzanın təfərrüatı
Mingəçevirdə qəzaya düşən uşaqlardan biri Bakıya gətirildi
Gəncədə maşın quyuya düşüb: yaralılar var

Simptomsuz koronavirusu necə təyin etmək olar?

21
Mayın 25-də “Rospotrebnadzor”un rəhbəri Anna Popova qeyd etmişdi ki, indi insanlar koronavirus səbəbindən “yeni normal şərtlərə” uyğun yaşamağa alışmalıdırlar

BAKI, 25 may - Sputnik. Koronavirusu heç bir əlamət olmadan keçirən xəstələrdə onu yalnız və yalnız analizlər vasitəsilə təyin etmək mümkündür.

Sputnik Azərbaycan bildirir ki, bunu tibb elmləri doktoru, pulmonoloq Aleksandr Karabinenko “Zvezda” telekanalına müsahibəsində deyib.

O izah edib ki, insanın koronavirus infeksiyasına yoluxmasını onun orqanizmindəki müvafiq anticisimlərlə təyin etmək mümkündür. Yəni xəstəliyi simptomsuz keçirənlərə xarici görünüşünə baxıb diaqnoz qoymaq heç cür mümkün deyil, həkim deyib.

Mayın 25-də “Rospotrebnadzor”un rəhbəri Anna Popova qeyd etmişdi ki, indi insanlar koronavirus səbəbindən “yeni normal şərtlərə” uyğun yaşamağa alışmalıdırlar: “Tamamilə aydındır ki, virus getməyə hazırlaşmır. Ancaq biz artıq çox şey bacarırıq, çox şeyi öyrəndik, yəni bu müddət ərzində bu virusla yaşamağı da öyrəndik”.

21
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
İkinci mərhələ başlayır: Koronavirus əleyhinə peyvəndin bir addımlığında
Azərbaycanın dostu olduğu ölkə koronavirusa qalib gəldiyini elan etdi
Koronavirusun fəsadlarının dərmanı dənizdən “çıxdı”
Lavrov: "Koronavirus beynəlxalq münasibətlərin yaxşılaşmasına kömək edə bilər"
Biz indi koronavirus dalğasının harasındayıq?