Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov

Vasif Talıbovdan önəmli açıqlamalar

221
(Yenilənib 11:40 24.02.2017)
Vasif Talıbov: "Nizam-intizam diqqət mərkəzində olmalıdır"

BAKI, 23 fev-Sputnik. Bu gün Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu gün beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib.

Sessiyanın gündəliyinə 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr, Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi daxil olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr barədə məruzə edib.

Talıbov deyib ki, əkin sahələrində suvarmaya nəzarət gücləndirilməlidir. 2017-ci ildə şoranlaşmış və ya çəmənliyə çevrilmiş torpaq sahələrinin yenidən əkin dövriyyəsinə qatılması üçün aid təşkilatlar tədbirlər planı hazırlamalı və həyata keçirilməsinə başlamalıdırlar.

"Torpaqlardan düzgün və təyinatı üzrə istifadəyə də diqqət artırılmalı, Daxili İşlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları torpaqların zəbt olunması hallarına qarşı tədbirləri gücləndirməlidirlər." — deyə MR-in rəhbəri bildirib.

O qeyd edib ki, muxtar respublikada ətraf mühitin qorunması sahəsində tədbirlər davamlı xarakter alıb. Lakin təəssüf ki, hələ də müxtəlif növ tullantıların ərazilərə atılması hallarına rast gəlinir.

"Yerli icra hakimiyyətləri abadlıq-təmizlik işlərinə diqqəti artırmalı, əkinəyararlı boş torpaq sahələrindən istifadə ilə bağlı tədbirlər görməlidirlər. Bundan başqa, vətəndaşların müraciətlərinin həlli, tikilənlərin qorunması, nizam-intizam diqqət mərkəzində olmalıdır. Ordu, birləşmə və hərbi hissə komandirləri döyüş hazırlığını daim artırmalı, ehtiyatlardan və resurslardan səmərəli istifadə olunmalıdır". — Talıbov əlavə edib.

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi haqqında çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2016-cı ildə bütün mənbələr hesabına 69 milyon manat proqnoza qarşı 73 milyon 605 min 636 manat vəsait daxil olub, tapşırıq 106,7 faiz icra olunub. Sonra sessiyada "Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" Naxçıvan Muxtar Respublikası qanunu qəbul edilib.

Ali Məclisin Sədri gündəlikdə duran üçüncü məsələ ilə bağlı qeyd edib ki, 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilib. Həmin dəyişikliklərə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında da dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanıb. Konstitusiyanın Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququnu tənzimləyən 8-ci maddəsi yeni redaksiyada verilərək adından və mətnindən məhdudlaşdırıcı ifadələr çıxarılıb, maddənin strukturu Konstitusiya normalarına uyğunlaşdırılıb.

Konstitusiyaya təklif olunan dəyişikliklərdən biri də gənclərin dövlət quruculuğunun bütün təbəqələrində iştirakına şəraitin yaradılması ilə bağlıdır. Belə ki, Konstitusiyanın 15-ci, 29-cu və 41-ci maddələrinə edilən dəyişikliklərə əsasən 18 yaşı tamam olmuş, seçkilərdə iştirak hüququ olan hər bir şəxs dövlət orqanlarında təmsil oluna biləcək. Təklif olunan dəyişikliklərdə deputatların məsuliyyətinin artırılması məsələsi də öz əksini tapıb. Konstitusiyanın 43-cü maddəsinin III hissəsinə təklif edilən dəyişiklik isə texniki xarakter daşıyır.

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası qanunu oxunub və səsə qoyularaq qəbul edilib.

221
Teqlər:
Ali Məclis, Naxçıvan, Konstitusiya dəyişikliyi, Vasif Talıbov, Naxçıvan Muxtar Respublikası
Əlaqədar
Naxçıvan Muxtar Respublikasının ildönümü
Naxçıvan Ali Məclisində deputat dəyişikliyi olacaq
Naxçıvan seçiciləri daha fəaldırlar
Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirildiyi gün
Tibbi işçiləri , arxiv şəkli

Xəstə Bakını tərk etmək istəyəndə saxlanıldı

2
Hüseynov "Mercedes" markalı avtomobillə Bakıdan Şamaxı istiqamətində hərəkət edərkən Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində qurulmuş postda saxlanılıb.

BAKI, 13 avqust — Sputnik. Yaşayış yerini tərk edərək digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaradan virusa yoluxmuş daha bir nəfər məsuliyyətə cəlb edilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinə COVID-19 infeksiyasına yoluxmuş şəxsin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avqustun 11-də saat 18 radələrində virusa yoluxmuş İsmayıllı rayon sakini A.Hüseynov karantin rejimi qaydalarını pozaraq idarə etdiyi "Mercedes" markalı avtomobillə Bakı şəhərindən Şamaxı rayonu istiqamətində hərəkət edərkən Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda saxlanılıb. Polis əməkdaşları onu Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil veriblər.

2
Qaz sayğaclarının yoxlanılması

Rəsmi qurum sayğaclarla bağlı dolaşıq fikirlərə aydınlıq gətirdi

9
(Yenilənib 14:43 13.08.2020)
Qeyd olunur ki, ilin əvvəlində tərtib edilmiş siyahıya görə ölkə üzrə 2020-ci ildə bir milyona yaxın qaz sayğacının dövri yoxlama müddəti çatır

BAKI, 13 avqust — Sputnik. Son vaxtlar sosial şəbəkələrdə müzakirə olunan məsələlər sırasında qaz sayğaclarının dəyişdirilməsi ilə bağlı fikirlər dolaşmaqdadır. Bəzən də məsələnin mahiyyətini tam dərk etmədən dolaşıq fikirlər yaranır və bu da, sosial şəbəkələrdə yanlış istiqamətdə müzakirələrə yol açır. Ən çox smart-kart tipli sayğacların mexaniki sayğaclarla əvəzlənməsi ətrafında danışılır. "Azəriqaz" İstehsala Birliyi bu məsələyə aydınlıq gətirib. Quurmun mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, bu ildən etibarən Azərbaycanda bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş smart kart tipli sayğaclar da mexaniki sayğaclarla əvəzlənir: "Bu barədə dəfələrlə açıqlamamız olub, maliyyə məsələlərindən irəli gələrək belə addım atılır. Yəni smart kart tipli sayğacla mexaniki sayğac arasında qiymət fərqi çoxdur. “Azəriqaz” İB isə hazırda dünyada enerji bazarında baş verən prosesləri, geriləmələri nəzərə alaraq, optimal variantı seçir. Dövri yoxlamaya gəldikdə isə, bu, müvafiq dövlət qurumlarının təsdiq etdiyi qaydaların tələbidir".

© Photo : AzeriGas Production Union
Qaz sayğaclarının yoxlanılması

"Yəni, istər sənaye, istər məişət qaz ölçü qurğularının əvəzlənməsi “Qazdan istifadə qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.3 bəndinə əsasən icra edilir. Qaydalara görə yoxlama Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq həyata keçirilir. 2015-ci ildə təsdiq edilmiş “Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi” sənədində göstərilir ki, qaz sayğacları əhali abonent qrupunda 5 il, qeyri-əhali abonent qrupunda isə 3 ildən bir dövlət yoxlanışına təqdim olunur. Yəni bu prosesin tam qanuni əsası var",  -deyə "Azeriqaz" İB-dən verilən məlumatda bildirilib.

© Photo : AzeriGas Production Union
Qaz sayğaclarının yoxlanılması

Qeyd olunur ki, ilin əvvəlində tərtib edilmiş siyahıya görə ölkə üzrə 2020-ci ildə bir milyona yaxın qaz sayğacının dövri yoxlama müddəti çatır: "Bunun 470 minə yaxını Bakı şəhərinin payına düşür. Ümumilikdə, bu il üçün 480 min sayğacın dövlət yoxlanışı icra edilməlidir. Bunun təxminən 200 mindən bir qədər artığı demək olar ki, artıq əvəzlənib. Sayğac əvəzlənməsi işlərini Bakı şəhəri üzrə bir neçə strukturun cəlb olunması ilə 400-ə yaxın işçi həyata keçirir. Bu prosesə Bakı Regional qazın satışı Departamenti nəzarət edir. Hər bir sayğacın dəyişdirilməsi, bundan sonra yoxlanılması, aktın tərtibi və s. təqribən 25-30 dəqiqə vaxt aparır. Əlbəttə, bu işdə daha peşəkar işçi daha cəld olacaq, qarşıya qoyulan tapşırığı tez yerinə yetirəcək. İndi təsəvvür edin ki, gün ərzində elə vaxt olur ki, təkcə Bakıda 1200 qaz sayğacı əvəzlənir. Bəzən təhlükəsizlik baxımından evdə olmayan abonent sayğac yanındakı ventilin bağlanmasından narazılıq edir. Halbuki bu, təhlükəsizlik üçün vacib bir addımdır. Bəzən abonentlər mexaniki sayğacları “dədə-baba sayğacı” adlandıraraq onların köhnə olduğunu ifadə edirlər. Lakin bu sayğaclar bu gün də məşhur alman şirkəti tərəfindən istehsal olunur. Başqa bir abonent dəyişilən sayğacdakı vəsaitin tez bir zamanda yenisinin bazasına yerləşdirilməsini istəyir. Amma 2 fərqli baza arasındakı məlumat mübadiləsi azı 10, maksimum 30 gün tələb edir".

© Photo : AzeriGas Production Union
Qaz sayğaclarının yoxlanılması

"Bir sözlə, bunlar hamısı qəbul olunandır, çünki istənilən halda abonent haqlıdır. Lakin texniki prosesin özünün də müəyyən icra müddəti var. Etiraf etmək lazımdır ki, bu prosesə bəzən səhlənkar yanaşan işçilərimiz də olur. Lakin belə hallarda abonentlərimizin köməyinə ehiyacımız var. Sizdən 104/185 saylı Çağrı Mərkəzinə zəng etməyinizi, 077 3 104 104 saylı “Whatsap” nömrəsinə mesaj göndərməyinizi xahiş edirik. İnanırıq ki, bizi anlayışla qarşılayıb, 2 milyon 285 min abonenti olan “Azəriqaz” İB kimi böyük bir kommunal təşkilata bu işdə dəstək göstərəcəksiniz. Çünki biz Sizin məmnuniyyətiniz üçün çalışırıq", - deyə bildirilib.

9