İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Prezident yeni universitetin Nizamnaməsini təsdiq edib

257
(Yenilənib 22:49 21.02.2017)
İlham Əliyev "Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin Nizamnaməsi"nin təsdiq edilməsi və "Bakı Mühəndislik Universitetinin yaradılması haqqında" AR Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

BAKI, 21 fev — Sputnik. Prezident İlham Əliyev "Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin Nizamnaməsi"nin təsdiq edilməsi və "Bakı Mühəndislik Universitetinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Sputnik Azərbaycan president.az saytına istinadla xəbər verir ki, sözügedən fərmanda aşağıdakı dəyişikliklər əksini tapıb:

— Adında "Bakı Mühəndislik Universitetinin" sözləri "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində "Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin" sözləri ilə əvəz edilir;

— 1-ci hissədə "bu sahədə ali" sözləri "orta ixtisas, ali" sözləri ilə, "Bakı Mühəndislik Universiteti" sözləri "Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxs" sözləri ilə əvəz edilir;

— 2.1-ci və 2.5-ci bəndlərdə "Bakı Mühəndislik Universitetinin" sözləri "Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin" sözləri ilə əvəz edilir".

Müəyyən edilir ki:

"Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin rektorunu Azərbaycan Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir;

— "Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin təsisçisinin "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2.1-ci və 8.2.2-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərini Azərbaycan Prezidenti həyata keçirir;

— "Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin təsisçisinin "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2.3-cü, 8.2.4-cü ("Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin rektorunu vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyəti istisna olmaqla), 8.2.5-ci və 8.2.6-cı maddələrində nəzərdə tutulan səlahiyyətlərini Təhsil Nazirliyi həyata keçirir.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Vergilər Nazirliyi "Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirəcək.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməli, Təhsil Nazirliyi isə bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

257
Teqlər:
Bakı Mühəndislik Universitetinin yaradılması, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, "Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin Nizamnaməsi"nin təsdiq edilməsi, Bakı Mühəndislik Universiteti, Prezident İlham Əliyev, Azərbaycan
Əlaqədar
İlham Əliyev yeni universitetin yaradılmasına qərar verib
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres

BMT baş katibi narahat oldu - Qarabağa görə

7
Antoniu Quttereş hərbi əməliyyatları dayandıraraq yubanmadan konstruktiv danışıqlar aparmağa çağırıb.

BAKI, 27 sentyabr - Sputnik. BMT Baş katibi Antoniu Quttereş Azərbaycan və Ermənistana çağırış edərək hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

"Baş katib Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca hərbi əməliyyatların yenilənməsindən çox narahatdır. O, güc tətbiqini qınayır və mülki əhali arasında itkilərə görə təəssüfünü bildirir", - məlumatda deyilir.

Antoniu Quttereş hərbi əməliyyatları dayandıraraq yubanmadan konstruktiv danışıqlar aparmağa çağırıb.

7
Teqlər:
BMT, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı
Azərbaycan XİN: Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq
Ermənistan ordusunun silah-sursat anbarı məhv edilib - VİDEO
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Baş Prokurorluq Ermənistan ordusunun yaraladığı əhali barədə məlumat yaydı
Ermənistan SQ-nin atəşi nəticəsində dağılan ev, arxiv şəkli

Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı

46
(Yenilənib 23:12 27.09.2020)
"Ermənistan tərəfinin bu vəhşilik aktını qətiyyətlə qınayır, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalinin qorxu içində saxlanılması cəhdinə son verməyi tələb edirik" - Azərbaycan XİN

BAKI, 27 sentyabr - Sputnik. Cari ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət, 2006-cı il təvəllüdlü Qurbanova Fidan, 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar və 1981-ci il təvəllüdlü Əmirova Afaq həlak olublar.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur: 

"Ermənistan tərəfinin bu vəhşilik aktını qətiyyətlə qınayır, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalinin qorxu içində saxlanılması cəhdinə son verməyi tələb edirik.

Beynəlxalq ictimaiyyət tərəfindən işğalçı ölkənin Azərbaycanın mülki əhalisini hədəfə alan müharibə cinayətləri əməllərinə son verməsini Ermənistandan tələb edilməsi zəruridir. 

Ermənistan silahlı qüvvələrinin təcavüz aktı nəticəsində həyatını itirmiş mülki şəxslərimizin yaxınlarına dərin hüznlə başsağlığı veririk".

46
Teqlər:
açıqlama, Azərbaycan XİN, ölənlər və yaralılar, ölənlər, erməni təxribatı, cəbhə, Dağlıq-Qarabağ münaqişəsi, Dağlıq Qarabağ
Əlaqədar
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Baş Prokurorluq Ermənistan ordusunun yaraladığı əhali barədə məlumat yaydı
Ermənistan ordusunun mərmiləri Tərtərdə evləri viran etdi - FOTO
Ermənistan ordusunun silah-sursat anbarı məhv edilib - VİDEO
Azərbaycan XİN: Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq