Şaxta

Yağmursuz şaxtalı hava gözlənilir

900
Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq

BAKI, 20 fev — Sputnik. Bakıda və Abşeron yarımadasında fevralın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Lənkəranda qar
© Sputnik / Rahim Zakiroghlu

Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-2, gündüz 8-12, Bakıda gecə 0-2, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

900
Teqlər:
temperatur, rayon, Bakı, şaxta, isti, yağmur, hava
Əlaqədar
Gözlənilən hava şərati ilə bağlı açıqlama gəldi
Sabaha gözlənilən hava şəraitinə hazır olun
Soyuq hava şəraiti şimal bölgəsini iflic edib
Nazirlikdən sərt hava xəbərdarlığı gəlib
Sabaha olan hava proqnozu açıqlandı
Qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
Sabah hava küləkli olacaq