CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıya "kitayski" "Galendevagen"lər gətirildi

© Photo : L'ArgusBaic BJ80
Baic BJ80 - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni avtomobillərin satış qiyməti 60 min manatdan başlayacaq

BAKI, 14 fev — Sputnik. Bakıda "kitayski" "Galendevagen"lər satışa çıxarılacaq. Söhbət "Galendevagen"in oxşarı olan"Baic BJ80" modelindən gedir. Bu Çin avtomobillərinin rəsmi təmsilçisi "Sirena Motors" şirkətindən Fins.az-a verilən məlumata görə, Baic avtomobil zavodu "Mercedes"lə əməkdaşlıq edir.

Hətta Çin bazarı üçün nəzərdə tutulan "Mercedes" avtomobillərini Baic zavodu buraxır. "Baic BJ 80" də "Mercedes Benz" ilə birgə işlənib hazırlanıb. Avtomobilin hətta kuzovu da "Galendevagen" modelinin kuzovu ilə eynidir. Sadəcə avtomobilin ölçüləri, ön bamper və radiator barmaqlıqları fərqlənir.

"Baic BJ 80" "Galendevagen"dən mühərrikinin daha kiçik olması ilə fərqlənir. Krossover 250 at gücündə 2.3 litr mühərriklə təhciz edilib. "Baic BJ 80" avtomat sürət qutuludur. Avtombilin təhcizatına gəlincə, "Sirena Motors"dan bildiriblər ki, "Baic BJ 80" təhlükəsizlik sistemi bütün sınaqlardan çıxıb. Avtomobilin salonu isə "Galendevagen" ilə oxşardır.

Şirkətdən bildirilib ki, "Baic BJ80" mart ayının 3-də Bakıda təqdim ediləcək. Avtomobilin qiymətinə gəlincə, "Galendevagen"dən 3-4 dəfə ucuz olacağı gözlənilir. Krossoverın Bakıda satış qiyməti təxminən 60 min manatdan başlayacaq.

Xəbər lenti
0