Millət vəkili Jalə Əliyeva

Jalə Əliyevanın namizədliyi qəbul olundu

58
Milli Məclisin Əmək və sosial siyasət komitəsinə yeni üzv seçilib

BAKI, 14 fev — Sputnik. Milli Məclisin Əmək və sosial siyasət komitəsinə yeni üzvün seçilməsi məsələsinə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında komitə üzvlüyünə millət vəkili Jalə Əliyevanın namizədliyi irəli sürülüb.

Məsələ səsverməyə çıxarılaraq qəbul olunub. Komitə üzvlərinin sayı 11-ə çatıb.

58
Teqlər:
komitə, Jalə Əliyeva, Milli Məclis, üzv
Əlaqədar
Milli Məclisin plenar iclası başlayıb
Qəbiristanlıqlarla bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub
Milli Məclis 48 saat ərzində Prezidentin fərmanını qəbul etməlidir
Milli Məclisin plenar iclası keçirilir
Növbədənkənar seçkilərdə seçilən Milli Məclisin səlahiyyət müddəti 5 ildən az ola bilər
Güclü külək şimal bölgəsində fəsadlar törətdi

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

9
Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı və müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

BAKI, 26 iyul — Sputnik. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 27-dən başlayaraq 29-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı və müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

Bu barədə FHN-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, xüsusilə, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

Həmçinin, güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Təhlükə zamanı 112-yə zəng etməyi unutmayın!

Həmçinin oxuyun:

* Xəzər dənizində hava şəraiti ilə bağlı xəbərdarlıq edildi: Dalğalar 7 metrə çatacaq

 

9
Klinika

Abşeronda kütləvi zəhərlənmə: AQTA araşdırmalara başlayıb

13
(Yenilənib 18:56 26.07.2021)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.

BAKI, 26 iyul — Sputnik. Abşeron rayonunda kütləvi zəhərlənmə olması ilə bağlı məlumat yayılıb. Hadisə zamanı azı 7 uşağın qidadan zəhərləndiyi ehtimal edilir.

Məlumatda bildirilir ki, baş verən hadisə ilə əlaqədar 10 yaşlı A.Kazımov, onun qardaşı Y.Kazımov, qohumları 5 yaşlı E.Bağırov, 6 yaşlı N.Bağırova, 4 yaşlı M.Qasımov, 13 yaşlı G.Qasımova, 15 yaşlı N.Qasımova qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məsələyə münasibət bildirilib. AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Abşeronda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, bir neçə gün öncə Oğuzda da bənzər hadisə baş vermişdi, 60-dan çox şəxs zəhərlənmişdi.

13