Bakıda qar kollapsı: şəhər iflic olub

Nazirlikdən sərt hava xəbərdarlığı gəlib

8475
(Yenilənib 14:21 12.02.2017)
Fevralın 13-də qar yağacaq, duman olacaq və yollar buz bağlayacaq.

BAKI, 12 fev-Sputnik. Fevralın 13-də qar, duman və yolların buz bağlaması ilə müşayiət olunacaq sərt hava xəbərdarlığı gəlib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 0-3° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 0-2° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, fevralın 13-də arabir qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.

8475
Teqlər:
Bakıda və Abşeron yarımadası, buz, qar, şaxta, hava, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Azərbaycan
Əlaqədar
Sabaha intensiv qar gözlənilir
Qar qayıdır - xəbərdarlıq gəldi
Qar uçqunlarında ölənlərin sayı 100 nəfəri keçdi
Qar təmizləyən qadının faciəsi
Şimal-qərb bölgəsinə yarım metrədək qar yağıb

Salyanda zəncirvari qəza: yaralılardan biri baş həkimdir

3
Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb

BAKI, 4 avqust — Sputnik. Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewoo”, “Toyota Prado” və  “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 1960-cı il təvəllüdlü Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzam xəstəxanasının baş həkimidir.

Faktla bağlı araşdırma aparılır.

3
“Miss Azərbaycan-2019” titulunun sahibi Səmra Hüseynova, arxiv şəkli

“Miss Azərbaycan”la tanış olmağın çox asan yolu varmış zərfin içində...

43
Səmra Hüseynova onun şəxsi həyatı ilə maraqlanan, hətta canlı tanış olmaq istəyən izləyicilərinə cavab verib

BAKI, 3 avqust — Sputnik. “Miss Azərbaycan-2019” titulunun sahibi Səmra Hüseynova sosial şəbəkə istifadəçilərini onların suallarına verdiyi cavablarla şok edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Səmra onunla necə tanış olmağın asan yolunu da deyib.

Model Instagram-dakı izləyicilərinin suallarına cavab vermək qərarına gəlib. Sualların çoxu isə onun şəxsi həyatına aid olub. Bir çoxları onunla tanış olmaq arzularını dilə gətiriblər, Səmra isə deyib ki, bunun üçün içində pul olan zərf və yaxud da brilyant hədiyyə eləmək yetər.

Qiz deyib ki, dörd aydır ki, karantin ucbatından pul qazana bilmir.

Səmra Hüseynova on ilə yaxındır ki, model biznesindədir, bir çox beynəlxalq və yerli dəb layihələrində, məşhur dizaynerlərin defilelərində iştirak edib. Uzun müddət xaricdə işləyib.

2019-cu ildə “Miss Azərbaycan” titulunu qazanıb. Hüseynova azərbaycanlı həmkarlarından açıq-saçıq layihələrdə iştiraka hazır olmasıyla seçilir.

43
Əlaqədar
“Miss Azərbaycan” model biznesindən əl çəkib məşhurluq üçün Türkiyəni seçdi
Azərbaycanın ən gözəl qızı karantinin pozduğu planını İstanbulda reallaşdırdı
Azərbaycanlı model ABŞ-ın ən “ulduzlu” evinə köçməyə hazırlaşır
Kamilla Zərbəliyeva: "Qabağımda soyunmaq istəyənlər çoxdur"
Rusiyalı müğənni: Bakını göz yaşları içində tərk elədim və bir daha oraya qayıtmadım