Российское посольстве в Баку, фото из архива

Rusiya səfirliyi Lapşinlə görüş barədə məlumat verdi

309
(Yenilənib 01:31 10.02.2017)
Rusiya səfirliyinin nümayəndələri ilə görüşdə Lapşin saxlanma şəraitindən şikayətlənməyib

BAKI, 10 fev – Sputnik. Fevralın 9-da Rusiyanın Bakıdakı səfirliyinin konsulluq şöbəsinin əməkdaşları Belarusdan ölkəmizə ekstradisiya olunmuş bloqçu Aleksandr Lapşinlə görüşüblər. Bu barədə Sputnik Azərbaycan-a səfirlikdən məlumat veriblər.

"Lapşin saxlanma şəraitindən şikayətlənmir. O vəkillə təmin olunub və telefondan istifadə etmək imkanı var. Özünü normal hiss edir" — səfirlikdən bildiriblər.

Məlumata görə, Aleksandr Lapşinin məhkəməsi yaxın vaxtlarda olacaq.

Qeyd edək ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

309
Teqlər:
Rusiyanın Bakıdakı səfirliyi, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi, Aleksandr Lapşin, Belarus Respublikası, Bakı
Mövzu:
Blogger Lapşinin Azərbaycana ekstradisiyası (10)
Əlaqədar
Rusiya səfirliyinin əməkdaşları Lapşinlə görüşüb
Lapşin günahını etiraf edib
Bloqçu Aleksandr Lapşin Bakıya gətirildi
Rusiya səfirliyi Lapşinlə görüş üçün XİN-ə müraciət edib

Kreml: Rusiya Azərbaycan "İskəndər-M"lə bağlı məsələdə sıx dialoq vəziyyətindədir

4
(Yenilənib 14:42 13.04.2021)
"Hərbçilər bu məsələ ilə bağlı sıx dialoq vəziyyətindədirlər. Bu çərçivədə bütün müvafiq məsələlər müzakirə olunur".

BAKI, 13 aprel — Sputnik. Qarabağda "İskəndər – M" komplekslərinin tapılması məsələsi hərbçilərin xətti ilə müzakirə olunur. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hərbçilər bu məsələ ilə bağlı sıx dialoq vəziyyətindədirlər. Bu çərçivədə bütün müvafiq məsələlər müzakirə olunur", - deyə Peskov "Kreml məktub alıbmı və bu məsələ iki ölkə prezidentlərinin telefon danışığı zamanı müzakirə olunubmu?" sualını cavablandırarkən bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə Qarabağda "İskəndər-M" raketlərinin qalıqlarının aşkar olunması barədə məlumatı müzakirə etdiyini bildirib.

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın Müdafiə Nazirliyinə rəsmi məktub ünvanlayıb.

"Aprelin 1-də mənim rusiyalı həmkarım Vladimir Putinlə telefon danışığım olub. Adətən, bildiyiniz kimi, telefon danışıqlarının məzmunu iki tərəf arasında razılaşdırılır, birgə, razılaşdırılmış məlumat verilir. Lakin mən Azərbaycan xalqından heç nə gizlətmirəm və hesab edurəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir. Biz bu məsələni müzakirə etmişik (Putinlə)", - deyə İlham Əliyev "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışında bildirib.

"Mənim göstərişimlə Azərbaycanın Müdafiə Nazirliyi şəkillərlə, sübutlarla birlikdə rəsmi məktub göndərib. Lakin biz hələ heç bir cavab almamışıq", - deyə dövlət başçısı bildirib.

Prezident rəsmi Yerevanın adı çəkilən raketlərdən istifadə olunması barədə bəyanatını "qəribə" adlandırıb.

"Onlar gah partlamamış raketlər barədə danışırlar, gah deyirlər ki, bu sirdir. Deməli, raketlər istifadə olunub. Biz Yerevandan rəsmi cavab gözləyirik. Mən sizə hələ bundan artığını deyəcəyəm: bizdə kifayət qədər sübut var, lakin biz rəsmi izahatları gözləyəcəyik", - deyə Əliyev vurğulayıb.

4
Teqlər:
Dmitri Peskov, hərbçilər, Rusiya, Azərbaycan, raket, "İskəndər"
Voleybol oyunu, arxiv şəkli

Qadın voleybolçumuz Macarıstan çempionatının gümüş medalçısı olub

2
(Yenilənib 14:32 13.04.2021)
Yekaterina Jidkovanın çıxış etdiyi "Bekeşçaba" klubu koronavirusa yoluxma hallarının artması üzündən Macarıstan çempionatının final seriyasına qatıla bilməyib.

BAKI, 13 aprel — Sputnik, Teymur Tuşiyev. Azərbaycanlı qadın voleybolçu Yekaterina Jidkova Macarıstan çempionatının gümüş medalına layiq görülüb. Sputnik Azərbaycan xəbər verir ki, voleybol üzrə qadın milli komandamızın üzvünün çıxış etdiyi "Bekeşçaba" klubu ilə "Fatuma" klubu arasında final görüşü baş tutmayıb.

Belə ki, final görüşü "Bekeşçaba" klubu üzvləri arasında koronavirusa yoluxma hallarının artması üzündən təxirə salınıb.

Ən yaxşı halda final görüşü şənbə günü, aprelin 17-də baş tuta bilərdi. Belə ki, Avropa Voleybol Konfederasiyasının reqlamentinə əsasən, milli çempionatlar aprelin 18-nə qədər başa çatmalıdır.

Nəticədə, "Bekeşçaba" texniki məğlubiyyətə uğrayaraq milli çempionatda gümüş medallarla kifayətlənməli olub.

Klubun üzvlərindən kimin xəstələnməsi, Jidkovanın da koronavirusa yoluxub-yoluxmaması barədə məlumat hələ ki yoxdur.

Xatırladaq ki, Macarıstan çempionatının yarımfinal oyununda Jidkovanın çıxış etdiyi klub "Kopoşvari" klubuna 3:1 hesabı ilə qalib gəlib.

2
Teqlər:
Macarıstan, voleybol