Dollar

Sabah dollar 1,73 manat olacaq

545
Azərbaycan Mərkəzi Bankı fevralın 10-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb

BAKI, 9 fev — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 10-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabaha USD/AZN rəsmi məzənnəsi 1,7301 səviyyəsində müəyyən edilib.

Qeyd edək ki, fevralın 9-da USD/AZN rəsmi məzənnəsi 1,8252 manat təşkil edib.

545
Teqlər:
USD, AZN, AMB, məzənnə
Əlaqədar
Dollar yenidən revanş götürür
Dollar sahiblərinə "qara" xəbər
Dollar ciddi dəyər itirdi
Azərbaycanda dollar kəskin ucuzlaşdı
Yaxın müddətdə dollar bahalaşması gözlənilmir
Dollar sürətlə ucuzlaşır
Yanvar ərzində 285 milyon dollar satılıb
Azərbaycan Türkiyə bayrağları, arxiv şəkli

Azərbaycan Türkiyəyə jest etdi, qardaş ölkə cavabsız qoymadı

2
(Yenilənib 12:01 29.10.2020)
"Türkiyə Cümhuriyyətinin elan edilməsinin 97-ci ildönümündə Can Qardaşımızı Cümhuriyyət Bayramı münasibətilə ürəkdən təbrik edir, səmimi qəlbdən hər zaman azad və firavan yaşamasını diləyirik"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) qardaş Türkiyə Respublikasını Cümhuriyyət Bayramı münasibətilə təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, təbrik mesajı qurumun rəsmi "Twitter" hesabında yerləşdirilib.

"Türkiyə Cümhuriyyətinin elan edilməsinin 97-ci ildönümündə Can Qardaşımızı Cümhuriyyət Bayramı münasibətilə ürəkdən təbrik edir, səmimi qəlbdən hər zaman azad və firavan yaşamasını diləyirik. Dünyaya örnək qardaşlığımız var olsun!" – deyə məlumatda bildirilir.

Qardaş ölkə Türkiyənin cavabı da özünü gecikdirməyib. Belə ki, Türkiyə XİN ölkələr arasında qardaşlıq münasibətinin bundan sonra davam edəcəyini bildirib.

2
Azərbaycan və Ermənistan bayraqları, arxiv şəkli

Azərbaycan Ermənistanın XİN rəhbərlərinin görüşü təxirə salındı

29
(Yenilənib 12:07 29.10.2020)
ATƏT-in Minsk qrupunun həmsədrlərinin də iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü cümə günü İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

BAKI, 29 oktyabr — Sputnik. Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanın bu günə planlaşdırılan görüşü təxirə salınıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu adı çəkilməyən mənbə RİA Novosti-yə deyib.

Mənbə bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin də iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü cümə günü İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

29