Bakıya sulu qar yağır

Bəzi vətəndaşlara xəbərdarlıq edildi

5425
Fevralın 10-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, gündüz saatlarında bəzi rayonlarda yağıntılarda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

BAKI, 9 fev — Sputnik. Bakıda və Abşeron yarımadasında fevralın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal küləyi əsəcək.

Qəbələdə qar
© Sputnik / Ilham Ahmadov

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 10-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, gündüz saatlarında bəzi rayonlarda yağıntılarda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 0-4 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə: Fevralın 12-dək Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

5425
Teqlər:
sulu qar, qar, şaxta, isti, hava, yağış
Əlaqədar
Sabah hava küləkli olacaq
Sabah gözlənilən hava şəraiti açıqlanıb
Yağmursuz hava şəraiti gözlənilir
Sabahın hava proqnozu açıqlandı
Yanvarın 31-dən fevralın 1-i səhərədək müşahidə olunmuş faktiki hava
Fevralın hava proqnozu açıqlandı
Sabaha olan hava proqnozu: Qar, külək
Şaxtalı hava şəraiti davam edəcək