CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dollar yenidən revanş götürür

© AFP 2023 / OZAN KOSE ABŞ dolları
ABŞ dolları - Sputnik Azərbaycan
Abunə olmaq
Dünən axşam saatlarında dolları 1.80-in aşağısına salan banklar, bu gün yenidən məzənnəni qaldırıb

BAKI, 9 fev — Sputnik. Banklarda dolların satış qiymətinin cüzi də olsa qalxdığı müşahidə edilir. Sputnik Azərbaycan "Marja"ya istinadən xəbər verir ki, dünən axşam saatlarında 1 dolları 1.79 manatdan satan NBC Bank bu gün dollara 1.80 manat satış qiyməti təyin edib. "Bank of Baku" dolların satış məzənnəsini 1.8260 manatdan 1.83 manata qaldırıb. Digər banklar isə dolların satış qiymətlərini aşağı salmayıb, məzənnələr olduğu kimi qalıb.

Dollar - Sputnik Azərbaycan
Sabah dollarla bağlı növbəti şok yaşana bilər

Alış qiymətinin də kəskin düşdüyü müşahidə olunmayıb. Bazarda minimum alış qiyməti 1.65 səviyyəsində qalır. Əvvəlki günlərdə səhər saatlarında alış qiyməti xeyli aşağı düşürdü. Bu gün bir sıra banklarda dolların alış qiyməti aşağı düşsə də, geriləmə 1.65 səviyyəsini qıra bilməyib. Alışı aşağı salan banklar dünən dollara nisbətən yüksək alış qiyməti təyin edən banklardır.

Qısası, bankların bugünkü məzənnələrindən dolların düşməsinin dayandığı hissi yaranır. Bu gün saat 12:00-da Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir. Dollar/manat məzənnəsində ciddi dəyişiklik hərracın nəticəsindən asılı olacaq.

Xəbər lenti
0