Tutqun hava

Azərbaycanda atmosfer təzyiqi yüksəlir

626
Fevralın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

BAKI, 6 fev — Sputnik. Bakıda və Abşeron yarımadasında fevralın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 8-13, Bakıda gecə 1-3, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

626
Teqlər:
dərəcə, bulud, şaxta, isti, külək, yağmur, hava
Əlaqədar
Sabah gözlənilən hava şəraiti açıqlanıb
Yağmursuz hava şəraiti gözlənilir
Sabahın hava proqnozu açıqlandı
Yanvarın 31-dən fevralın 1-i səhərədək müşahidə olunmuş faktiki hava
Fevralın hava proqnozu açıqlandı
Sabaha olan hava proqnozu: Qar, külək
Şaxtalı hava şəraiti davam edəcək