Xırdalan sakininin yanmış meyiti evində tapıldı

CC0 / ernie / flameYanğın
Yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Xırdalanda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

BAKI, 3 fev — Sputnik. Xırdalanda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 15 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, ümumi sahəsi 30 m² olan talvarın yanar konstruksiyaları 10 m² sahədə və talvara bitişik ümumi sahəsi 72 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 32 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən köməkçi tikilidə 1958-ci il təvəllüdlü Yusifov Faiq Vəliyulla oğlunun yanmış meyiti aşkar olunub. Talvarın və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti
0