Fırtına xəbərdarlığına məhəl qoymadılar və dəhşət baş verdi

© AFP 2023 / GIUSEPPE CACACEBürc Xəlifə
Bürc Xəlifə - Sputnik Azərbaycan
Abunə olmaq
Dubayda bu gün fırtına olacağı əvvəlcədən bildirilsə də, bəzi tikinti şirkətləri buna məhəl qoymadan işlərinə davam edib

BAKI, 3 fev — Sputnik. Birləşmiş Ərəb Əmirliklərində bədbəxt hadisə yaşanıb. Hadisə Dubay şəhərində baş verib. Tikinti kranı insanların üzərinə aşıb. 1 nəfər ağır yaralanıb, ətrafdakı 3 avtomobil yanıb.

Sputnik Azərbaycan Daily Star-a istinadən xəbər verir ki, xəstəxanaya aparılan şəxsin vəziyyəti kritikdir.

Dubayda bu gün fırtına olacağı əvvəlcədən bildirilsə də, bəzi tikinti şirkətləri buna məhəl qoymadan işlərinə davam edib.

Xəbər lenti
0