Azərbaycanda dolların tənəzzülü başladı

© REUTERS / Romeo RanocoDollar
Dollar - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ valyutasının ən aşağı qiymətə bu bank satır

BAKI, 3 fev — Sputnik. Bu gün səhər saatlarından başlayaraq, Azərbaycan banklarında dolların alış-satış qiymətləri aşağı salınıb. Sputnik Azərbaycan "Marja"ya istinadən xəbər verir ki, səhər saatlarında 1 dolları 1.8950 manatdan alan və 1.9280 manatdan satan BTB Bank, hazırda 1 dolları 1.88 manata alır, 1.92 manata satır.

Səhər saatlarında dolları 1.9250 manata satan AmrahBank satış qiymətini 1.9150 manata endirib. Bu, bazarda indiyə olan ən aşağı satış qiymətdir. Digər əksər banklarda dolların ən aşağı satış qiyməti 1.92 —1.9250 manat təşkil edir.

Qeyd edək ki, banklarda dolların alış və satış qiymətləri aşağı düşməkdə davam edir.

Xəbər lenti
0