Lənkəranda qar

Azərbaycan ərazisində 16 dərəcə şaxta olub

46
(Yenilənib 11:54 02.02.2017)
Fevralın 1-i gündüzdən fevralın 2-si səhərədək müşahidə olunmuş faktiki hava şəraiti açıqlandı

BAKI, 2 fev — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində fevralın 1-dən 2-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub. Sputnik Azərbaycan nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 0.3-6, Böyük Qafqazda 0.3-8, Kiçik Qafqazda 1-2, Naxçıvan MR-da 0.6-1, Lənkəran-Astara zonasında 3-25, Mərkəzi Aran rayonlarında 2-14, Qazax-Gəncə zonasında 0-4 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü: Bakıda 29, Zabratda 17, Maştağada 11, Pirallahıda 2, Böyük Qafqazda: Sarıbaşda 67, Şamaxıda 28, Şəki, Kişçayda (Şəki) 27, İsmayıllıda 20, Altıağacda 18, Oğuz, Qəbələdə 13, Qubada 11, Zaqatalada 10, Xaltanda 9, Qusar, Xaçmaz, Balakəndə 6, Şabranda 3, Lənkəran-Astara zonasında: Rvarudda 70, Lerikdə 59, Yardımlıda 32, Göytəpədə 21, Lənkəranda 17, Kəlvəzdə 14, Biləsuvarda 12, Astarada 6, Kiçik Qafqazda: Daşkəsəndə 21, Gədəbəydə 16, Göygöldə 10, Naxçıvan MR-da: Ağdərədə 64, Şahbuz, Naxçıvanda 32, Şərurda 27, Ordubadda 3, Mərkəzi-Aran rayonlarında: Beyləqanda 24, İmişlidə 15, Cəfərxanda 12, Zərdab, Sabirabadda 10, Qazıməmməd, Tərtər, Göyçayda 8, Mingəçevirdə 3, Salyanda 2, Kürdəmirdə 1, Qazax-Gəncə zonasında: Tovuzda 20, Ceyrançöldə 16, Ağstafada 10, Şəmkirdə 7, Gəncədə 3, Naftalanda 1 sm olub.

Havanın minimal temperaturu fevralın 02-də Bakıda və Abşeron yarımadasında 1-3, Aran rayonlarında 1-5, dağlıq rayonlarda 10-13, Naxçıvan MR-da 7-16 dərəcə şaxta təşkil edib.

46
Teqlər:
ETSN, nazirlik, temperatur, qar, şaxta, hava
Əlaqədar
Bakıda qar kollapsı: şəhər iflic olub
Sabaha olan hava proqnozu: Qar, külək
Sinoptiklərdən xəbərdarlıq: Qar yağacaq, yollar buz bağlayacaq
Sabah paytaxta qar yağacaq
Nazirlikdən xəbərdarlıq: Güclü külək və qar olacaq
Qar və şaxtaya hazır olun!
Bölgələrdə qar, paytaxtda sulu qar gözlənilir