Парламент РА

Deputatlar dil imtahanından keçəcək: Kim onu verə biləcək, kim yox?

122
(Yenilənib 22:25 30.01.2017)
Deputatların ana dilindən imtahan verəcəyi barədə informasiyalar yayılıb, amma "dil testi"ndən heç də bütün parlamentarilər keçməyəcək

BAKI, 30 yan — Sputnik. Deputatların qarşıdan gələn "imtahan sessiyası" barədə məlumatlar Ermənistan ictimaiyyətinin nümayəndələri arasında sarkastik təbəssüm doğurub. Erməni dilindən imtahanı heç də bütün deputatların verməyəcəyi barədə informasiya isə soyuq duş effekti doğurub.

Ermənistan vətəndaşları Samvel Aleksanyan (Lfik Samo), Akop Akopyan ("tunel Akop"), Arakel Movsisyan (Şmays), general Manvel Qriqoryan və başqalarının imtahan komissiyasının qabağında oturacaqları günü həsrətlə gözləyirlər.

Elm və Təhsil Nazirliyinin hüquq idarəsinin rəisi Lusine Qriqoryan Sputnik Ermənistan-ın müxbiri ilə söhbətində deyib ki, Seçki Məcəlləsində deputatlığa namizədlərlərlə bağlı tələblər konkret göstərilib. Burada erməni dilini bilməklə bağlı da aydın tələb qoyulub. Seçki Məcəlləsinin 80.3 bəndində konkret yazılıb ki, hansı deputatlar erməni dilində konkret danışmalıdırlar. Məhz bu maddə bir sıra deputatları imtahandan qaçmağa vadar edir. 

"Erməni dilini bildiyini sübut etmək üçün erməni dilində təhsil sənədinin olması kifayətdir. Bunun üçün attestasiya nəticəsində əldə olunmuş sertifikat, diplom və digər buraxılış sənədi vacibdir" — Qriqoryan bildirib.

Onun sözlərinə görə, hər hansı şəhadətnamə, ya da diplom həmin şəxsi imtahandan azad edir.

"Əgər deputatlığa namizədin attestatı yoxdursa, o, namizədliyini irəli sürməmişdən əvvəl Elm və Təhsil Nazirliyinə müraciət etməlidir, lazımi attestasiyadan keçməlidir və erməni dilini bildiyi barədə sənəd almalıdır" — EETN-in hüquq idarəsinin rəisi deyib.

Qriqoryanın sözlərinə görə, Mərkəzi Seçki Komissiyası birmənalı olaraq deputatlığa bütün namizədlərdən erməni dilində təhsil haqqında şəhadətnamə tələb edir. Əks təqdirdə o seçkilərdə iştirak edə bilməz.

Qriqoryan onu da deyib ki, deputatlığa namizədləri testdən xüsusi peşəkar ixtisaslaşmış qrup keçirir. Seçki Məcəlləsində səviyyə kriteriyaları da əksini tapıb: testlər ümumtəhsil məktəblərinin 9-12-ci siniflər üçün dərsliklərinin bazası əsasında tərtib olunmalıdır.

122
Teqlər:
Elm və təhsil Nazirliyi, erməni dili, Mərkəzi Seçki Komissiyası, Ermənistan
Əlaqədar
Politoloq: "Ermənistan işğal olunmuş torpaqlarda hərbi təlimlər keçirməyə davam edəcək"
"Ermənistan KTMT-ni münaqişəyə cəlb etmək istəyir"
"Ermənistan və Azərbaycan arasında sülh platforması"nın iştirakçıları müraciət yayıblar
“Ermənistan bütün görüşlərdən qaçır”
"Ermənistan rəhbərliyi məhkəməyə çağırılmalıdır"
Manat, arxiv şəkli

Təhsil Nazirliyinə 7 milyon manat vəsait ayrıldı - CƏDVƏL

2
Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb

BAKI, 8 avqust — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Sərəncamla respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 630 149 000,0 manatının bölgüsü”nün 1.9.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş 7 milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Azərbaycanda quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı: 

Sıra 

sayı

Tədbirin adı Ayrılan vəsait
1 Bərdə rayonunun Məşədiibişli kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 207 000
2 Cəlilabad rayonunun Axtaxana kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 207 000
3 Cəlilabad rayonunun Çəmənli kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 283 000
4 Cəlilabad rayonunun Novruzallı kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 256 000
5 Goranboy rayonunun Abbasqulular kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 350 000
6 Goranboy rayonunun Gürzallar kəndində 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 283 000
7 İmişli rayonunun Oruclu kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 256 000
8 Lerik rayonunun Andurma kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 256 000
9 Lerik rayonunun Aşağı Çayrud kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 256 000
10 Lerik rayonunun Laman kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 256 000
11 Lerik rayonunun Loda kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 207 000
12 Neftçala rayonunun Elektrik şəbəkə kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 256 000
13 Quba rayonunun Kardaş kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 256 000
14 Quba rayonunun Muçu kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 356 000
15 Quba rayonunun Ördüc kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 207 000
16 Qusar rayonunun Langi  kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 256 000
17 Qusar rayonunun Qullar kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 256 000
18 Qusar rayonunun Torpaq körpü kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 256 000
19 Samux rayonunun Qədili kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 350 000
20 Şəki rayonunun Vərəzət kəndində 56 şagird yerlik modul tipli köçkün ümumi orta məktəbinin quraşdırılması 283 000
21 Tovuz rayonunun Mollaayrım kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 207 000
22 Xaçmaz rayonunun Çuxuroba kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 256 000
23 Xaçmaz rayonunun Xanlıqoba kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 350 000
24 Xaçmaz rayonunun Xanoba kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 382 000
25 Xaçmaz rayonunun Hacıməmmədoba kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 256 000
26 Xaçmaz rayonunun Hacıməmmədoba kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 256 000
27 Xızı rayonunun Türkoba kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 256 000
  Cəmi: 7 000 000
2
Avtostop

"Piyada" istirahət - sabahın havasından xəbərdar olun

3
(Yenilənib 13:15 08.08.2020)
Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq

BAKI, 8 avqust — Sputnik. Azərbaycanda avqustun 9-da gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir, ümlayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə isti olacaq.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə şənbə və bazar günləri karantin rejimi tətbiq olunan ərazilərdə ictimai nəqliyyat işləməyəcək.

3
Teqlər:
hava proqnozu