Qarlı hava şəraiti davam edəcək, yollar buz bağlayacaq

© Sputnik / Murad OrujovBakıda qar
Bakıda qar - Sputnik Azərbaycan
Abunə olmaq
Gecə 0-5° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir

BAKI, 28 yan — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 29-da hava şəraiti arabir yağıntılı olacaq, qar yağacaq. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah paytaxtda mülayim şimal-qərb küləyi əsəcək.

Bakıda qar - Sputnik Azərbaycan
Sabah paytaxta qar yağacaq

Havanın temperaturu Abşeronda gecə 0-3° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında yanvarın 29-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.

Xəbərdarlıq: Yanvar ayının sonunadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Havanın minimal temperaturu yanvarın 28-29-da 0-3 dərəcə şaxta təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı ehtimal olunur.

Xəbər lenti
0