Qar

Nazirlikdən xəbərdarlıq: Güclü külək qar olacaq

4567
(Yenilənib 14:09 24.01.2017)
Sabah Azərbaycanın paytaxtında hava küləkli, rayonlarında isə qarlı olacaq

BAKI, 24 yan — Sputnik. Sabah Azərbaycanın paytaxtında hava küləkli, rayonlarında isə qarlı olacaq.

Sputnik Azərbaycan Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadla xəbər verir ki, yanvarın 25-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gündüz bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Küləkli hava
© Sputnik / Ilham Mustafa

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3, gündüz 7-10, Bakıda gecə 1-3, gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gün ərzində bəzi qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 25-i axşamadək Abşeron yarımadasında arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq yaratsa da, yanvarın 26-da mülayim xəzri küləyi əsasən əlverişlidir.

4567
Teqlər:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Əlaqədar
Hava buludlu, küləkli olacaq
Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq
Sabaha gözlənilən hava şəraiti
Sabahın hava proqnozu açıqlandı
Sabaha hava proqnozu açıqlandı