Manat və dollar

Növbəti hərracın nəticələri açıqlandı

106
(Yenilənib 12:56 23.01.2017)
Manatın orta çəkili məzənnəsi 1.8559 səviyyəsində formalaşıb

BAKI, 23 yan — Sputnik. Bu gün Mərkəzi Bankda, Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Mərkəzi Bankdan Sputnik Azərbaycan-a bildiriblər ki, hərracda manatın orta çəkili məzənnəsi 1.8559 səviyyəsində formalaşıb.

106
Teqlər:
məzənnə, Mərkəzi Bank, manat, hərrac
Əlaqədar
Valyuta hərracının nəticələri açıqlandı
Valyuta hərracında dollara tələbat artıb
Depozit hərracının nəticələri açıqlanıb
Hərracda dolların məzənnəsi 1,66 manata çatıb
Mərkəzi Bankın depozit hərracının nəticələri açıqlanıb
Hərracda dolların qiyməti qalxdı
Valyuta hərracında dollar ucuzlaşıb
HHQ-nin təlim-döyüş uçuşları

Azərbaycan Hərbi Hava Qüvvələrinin təlim-döyüş uçuşlarından möhtəşəm görüntülər-VİDEO

0
(Yenilənib 18:39 24.09.2020)
Müasir manevrli hava döyüşlərinin aparılması üzrə tapşırıqların yerinə yetirilməsi zamanı təyyarələrin ekipajları növbə ilə düşmənin yer hədəflərinin aşkarlanması və məhv edilməsi tapşırıqlarını icra edirlər.

BAKI, 24 sentyabr — Sputnik. Müdafiə Nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-döyüş uçuşları keçirilir.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, uçuşlar zamanı əsas diqqət müxtəlif hündürlüklərdə və sürətlərdə hücum və müdafiə manevrlərindən istifadə edərək pilotaj texnikasına yönəldilir.

Müasir manevrli hava döyüşlərinin aparılması üzrə tapşırıqların yerinə yetirilməsi zamanı təyyarələrin ekipajları növbə ilə düşmənin yer hədəflərinin aşkarlanması və məhv edilməsi tapşırıqlarını icra edirlər.

https://www.youtube.com/watch?time_continue=9&v=qDnTN-ENFss&feature=emb_logo

0
Teqlər:
hərbi təyyarə, döyüş, Azərbaycan Hərbi Hava Qüvvələri, Müdafiə Nazirliyi
Tələbələr imtahan verirlər, arxiv şəkli

Bəzi tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək

2
(Yenilənib 18:00 24.09.2020)
Bu abituriyentlər sənədlərini hazırlamalı və universitetə təqdim etməlidirlər. Yalnız bundan sonra onların təhsil haqqı dövlət hesabına ödəniləcək.

BAKI, 24 sentyabr — Sputnik. Ola bilsin ki, gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyən edilsin.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hazırda ali məktəblərə sənəd qəbulu zamanı abituriyentin həssas qrupa aid olub-olmadığı bilinmir:

"Amma ola bilsin ki, belə abituriyentlərin sosial statusu ilə bağlı gələcəkdə təqdim edə biləcəkləri sənəd əsasında onların sayını elə sənəd qəbulu zamanı müəyyən edək. Bu səbəbə görə hazırda bizdə bu il ali məktəbə qəbul olan həssas təbəqəyə aid olan abituriyentlərin sayı barədə məlumat yoxdur. Biz ərizələri qəbul edən zaman şəxsiyyət vəsiqəsinin FİN kodu ilə abituriyentin kimliyini yoxlayırıq".

M.Abbaszadə əlavə edib ki, ödənişli ixtisaslara qəbul olunanların bir qisminin təhsil haqqı dövlət hesabına ödəniləcək:

"Bu, qaçqın və məcburi köçkünlər, şəhid ailələrinin üzvləri üçün həmişə olub, amma bu ildən valideyn himayəsindən məhrum olan və s. həssas əhali qrupuna aid edilən ailələrin övladlarının təhsil haqları dövlət tərəfindən ödəniləcək. Bu abituriyentlər sənədlərini hazırlamalı və universitetə təqdim etməlidirlər. Yalnız bundan sonra onların təhsil haqqı dövlət hesabına ödəniləcək".

2
Teqlər:
Məleykə Abbaszadə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası, Dövlət İmtahan Mərkəzi