QHT-lər çirkin kampaniyaya etiraz etdilər

© AP Photo / Christian LutzAvropa Şurası Parlament Assambleyası
Avropa Şurası Parlament Assambleyası - Sputnik Azərbaycan
Abunə olmaq
96 QHT rəhbəri AŞPA-ya müraciət ünvanlayıb

BAKI, 19 yan-Sputnik. Azərbaycan QHT-ləri AŞPA prezidenti Pedro Aqramunta müraciət ünvanlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə QHT-lər bir qrup şəxsin Azərbaycan nümayəndə heyətinin AŞPA-nın qış sessiyasında səsvermə hüququndan məhrum edilməsi üçün AŞPA-ya ünvanladıqları məktuba etiraz ediblər. Müraciətin tam mətni belədir:

"Avropa Şurasının üzvü olan Azərbaycan Respublikasının vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, AŞPA-nın yanvar sessiyası ərəfəsində sizlərə müraciət etmək qərarına gəldik. Biz vətəndaş cəmiyyəti təmsilçiləri olaraq Azərbaycanın Avropa Şurasının üzvü olmasını olduqca yüksək nailiyyət hesab edirik. Bu təşkilatda üzvlük ölkənin qanunvericilik sisteminin Ümumavropa dəyərlərinə uyğunlaşmasının, məhkəmə-hüquq sisteminin Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərarların təsiri altında müsbət istiqamətdə dəyişməsinin şahidiyik.

Ümid edirik ki, Avropa Şurası təsisatları ilə, o cümlədən AŞPA ilə əməkdaşlıq ölkəmizdə insan hüquq və azadlıqları ilə bağlı mövcud olan problemlərin həllində bundan sonra da müsbət nəticələr verəcək.

Zərdüşt Əlizadə - politoloq - Sputnik Azərbaycan
TƏHLİL
"Dağlıq Qarabağ münaqişəsinin AŞPA-da müzakirəsi baş aldatmaqdır"

Bununla belə, xüsusi narahatlıq hissi ilə bildiririk ki, ölkənin Avropa İttifaqı ilə başlanmış yeni əməkdaşlığı, eləcə də digər Ümumavropa təşkilatları ilə səmərəli əməkdaşıq bəzi qüvvələri qıcıqlandırır və onları Azərbaycanla Avropa təsisatları arasında münasibətlərin yaxşılaşması təmin etmir.

Biz Avropada, xüsusən Şərqi Avropada fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatlarının yerli təşkilatlarla birləşərək Azərbaycanın Avropa təsisatları ilə əlaqələrinin pisləşməsinə yönələn təşəbbüslərini və konkret fəaliyyətlərini narahatlıqla izləyirik. AŞPA-nın yanvar sessiyası ərəfəsində bir qrup vətəndaş cəmiyyəti təmsilçisi adından AŞPA üzvlərinə göndərilən, heç bir fakta söykənməyən şantaj və böhtan xarakterli müraciət də əslində təşkil olunmuş kampaniyanın tərkib hissəsidir. Həmin müraciətdə adları keçən bir çox həmkarlarımızın ümumiyyətlə mətn barədə məlumatı olmayıb.

Ümid etmək istəyirik ki, Avropa Şurası bütövlükdə, o cümlədən əsas qurumlarından olan AŞPA belə qərəzli münasibtlərə adekvat reaksiya verəcək, Azərbaycanla insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində birgə səylərini davam etdirəcək.

AŞPA - Sputnik Azərbaycan
QARABAĞ
AŞPA-nın bəyanatı Azərbaycanda etiraz doğurdu

Biz Azərbaycanın Avropa təsistları ilə, xüsusən Avropa Şurası ilə sıx əməkdaşlığının tərəfdarıyıq. Azərbaycan bu əhəmiyyətli beynəlxlaq qurumun tamhüquqlu üzvü olaraq qalmalıdır. Bu əlaqələrin qırılmasında maraqlı olan qüvvələr hər birimizə məlumdur və biz belə qüvvələrə qarşı birləşməliyik.

Azərbaycan Respublikasının ərazilərinin 20%-i işğal altındadır. İşğalçı tərəf və onu dəstəkləyən qüvvələr ölkənin beynəlxalq təsisatlarda mövqeyini zəiflətmək xətti götürmüşdür. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə qarşı başlanmış çirkin kampaniyanı qətiyyətlə pisləyirik və bunu Azərbaycan və Avropa münasibətlərinə zərbə vurmağa çalışan qüvvələrin məkrli fəaliyyəti hesab edirik".

Müraciəti 96 QHT rəhbəri imzalayıb.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-nın qış sessiyasında səsvermə hüququndan məhrum edilməsi ilə bağlı müraciəti 58 nəfər (QHT sədrləri, KİV nümayəndələri və hüquqşünaslar) imzalayıb. 

Xəbər lenti
0