"Bakı yığması" Soçidə öz məqsədinə çatdı

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidПрезидент Международного союза КВН Александр Масляков, фото из архива
Президент Международного союза КВН Александр Масляков, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın Şən və Hazırcavablar klubu Soçidəki beynəlxalq festivalda ən vacib çıxışına - 2017-ci ilin Yüksək Liqasına hazırlaşır

BAKI, 19 yan-Sputnik. "Bakı yığması" ŞHK Soçidə keçirilən "KiViN-2017" 28-ci beynəlxalq festivalının möhtəşəm qala-konsertində çıxış edəcək.
Bu barədə Sputnik Azərbaycan ŞHK-nın konsertdə iştirak edəcək bütün komandaların adının yer aldığı portalına istinadən xəbər verir.

Konsertdə müxtəlif ölkələrdən ən yaxşı 29 komanda iştirak edəcək. Bizim komanda səhnəyə 6-cı çıxacaq. Hazırda "Bakı yığması" öz çıxışına ürəklə hazırlaşır. Çünki lap əvvəldən onun məqsədi festivaldakı qala-konsertdə çıxış etmək idi.

Məhz bu tarixdə 2017-ci ilin Yüksək Liqasını formalaşdıracaq komandalar seçiləcək.

Xəbər lenti
0