İnşaatçılar metrostansiyasnın çıxışı təmirdən sonra

Bakıda metrostansiya bağlanır

218
(Yenilənib 11:30 18.01.2017)
Stansiyasının I vestibülü 3 ədəd eskalatorların yeniləri ilə əvəz olunması və aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq, sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq

BAKI, 18 yan — Sputnik. Bakı Metrosunun "İnşaatçılar" stansiyasının 1-ci vestibülü təmirə bağlanır. Bu barədə Sputnik-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Bakı metropoliteni
© Sputnik / Murad Orujov

Onun sözlərinə görə, 1986-cı ildə istifadəyə verilmiş "İnşaatçılar" stansiyası keçən 30 il ərzində fasiləsiz olaraq sərnişinlərin istifadəsində olduğundan, stansiyanın I vestibülünün estetik görünüşü köhnəlib, mərmər üzlüklər sıradan çıxıb: "Həmçinin, həmin stansiyada eyni tarixdən istismar olunan ET-5 tipli eskalatorların 30 illik istismar müddəti başa çatıb, yük daşıyan konstruksiyaları, hərəkət edən mexanizmləri texniki aşınmaya məruz qalıb".

"Bunları nəzərə alaraq "İnşaatçılar" stansiyasının I vestibülü 3 ədəd eskalatorların yeniləri ilə əvəz olunması və aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq, sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır. 2016-cı ildə stansiyanın II vestibülü tam təmir olunub və istismar müddətini başa vurmuş eskalatorlar yeniləri ilə əvəz edilib. I vestibül də eyni görkəmdə təmir ediləcək, yeni quraşdırılacaq eskalatorların sayı isə 3 ədəd olacaq" — Paşayev bildirib.

"Bakı Metropoliteni" QSC sərnişinlərə xəbərdarlıq edir ki, "İnşaatçılar" stansiyasının I vestibülü (ATS tərəf) 23 yanvar 2017-ci il tarixində saat 06:00-dan etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül ("20 Yanvar" tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq. QSC sözçüsü qeyd edib ki, I vestibül bağlı olsa da, keçid piyadalar üçün açıq olacaq. Yəni, sakinlər keçiddən istifadə etməklə A.M.Şərifzadə küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər. "Bakı Metropoliteni" QSC yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

218
Teqlər:
metro, stansiya, təmir, Nəsimi Paşayev, QSC, 'İnşaatçılar', vestbül
Əlaqədar
"Ulduz" metrosu yanında "insanların ulduzunu söndürən" məxluqlar dolaşır
Bakı metrosunda yenilik
Metronun "Cəfər Cabbarlı" stansiyası bağlanacaq
Bakı metrosunda gözlənilməz hadisə
Metropoliten sürücü axtarır
Bakı metrosunun iş qrafiki yenidən dəyişdirilir

Əlvida, dəniz, isti günlər üçün darıxacağıq

2
(Yenilənib 21:49 24.09.2021)
İndi daha günəş yandırmır. Sərində sahil boyu gəzişmək, velosiped sürmək bədəni gümrahlaşdırmaqla yanaşı, xüsusi nostalji zövq bəxş edir adama. Payızın ilk günləri Nabran sahilləri Sputnik Azərbaycan-ın fotolentində.

Daha bir yay bitdi. Havaların soyuması ilə dənizə gedənlərin sayı azalıb. Yayın isti günlərində istənilən vaxt sahildə görünən adamlar indi çəkilmək üzrədir. Sübh tezdən tilovunu suya atıb saatlarla gözləyən balıqçılar gözə dəyirlər.

Mavi suların qoynu və qumlu sahillər azyaşlıları sevindirir. Velosipedlə sahil kənarında hərəkət edənlər dənizin təmiz havasında bədənlərini gəncləşdirirlər. Dənizin dalğalarından qorxmayan heyvanlar sahil kənarında sərinləyirlər. Günəşin közərən şüaları görünür. Günəş qürub etdikcə dalğaların səsi aydın eşidilir. Əlvida, dəniz. İsti günlər üçün darıxacağıq...

2
  • © Sputnik / Ilham Mustafayev

    Zaman da qum kimi barmaqlar arasından süzülür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda dalğalarla son söhbət - gələn mövsümədək.

  • © Sputnik / Ilham Mustafayev

    Sentyabr gəldisə, balıq tutmaq və yemək olar. Nabranda balıqçılar bu fürsəti qaçırmırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub daha həşəmətli görünür.

  • © Sputnik / Ilham Mustafayev

    Sahil kənarıyla qaçan alabaş.

  • © Sputnik / Ilham Mustafayev

    Xırçın ləpələr də adamlarsız darıxır.

  • © Sputnik / Ilham Mustafayev

    Yaş qum üzərində velosiped sürmək də bir zövqdür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahildə unudulmuş toplar.

  • © Sputnik / Ilham Mustafayev

    Polietilen torba budağı "niyyət ağacı"na bənzədib.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub vaxtı dənizdən pay uman balıqçı.

  • © Sputnik / Ilham Mustafayev

    Narıncıya boyanan gün.

  • © Sputnik / Ilham Mustafayev

    İnəklər də çimərlikdə tənhalıqdan kam alırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahil kənarında qız.

Pianoçu Vurğun Vəkilov

Səməd Vurğunun nəticəsi şah əsərləri ifa edib

19
(Yenilənib 22:24 24.09.2021)
V.Vəkilov ölkəmizi İtaliya, Yaponiya, Rusiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrdə keçirilən müsabiqələrdə də təmsil edib. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib.

BAKI, 24 sentyabr — Sputnik. Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı davam edir. Sentyabrın 23-də festival çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində istedadlı pianoçu, Xalq şairi Səməd Vurğunun nəticəsi, "École normale de musique de Paris-Alfred-Cortot" ali musiqi məktəbinin tələbəsi Vurğun Vəkilovun konserti olub.

Sputnik Azərbaycan xəbər verir ki, konsertdə klassik musiqinin şah əsərləri səslənib. Pianoçunun çıxışı böyük maraqla qarşılanıb.

Qeyd edək ki, V.Vəkilov 2004-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birinci sinfinə gedib. İstedadlı pianoçu 2008-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunan Gənc İfaçıların Birinci Respublika Müsabiqəsinin qalibi olub. V.Vəkilov ölkəmizi İtaliya, Yaponiya, Rusiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrdə keçirilən müsabiqələrdə də təmsil edib. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib.

19