Qəza yerində xilasedicilər

Bağ evlərinin üzərinə düşən təyyarə 37 can aldı

269
(Yenilənib 11:04 16.01.2017)
Türk təyyarəsi Qırğızıstanda qəzaya düşüb, 37 nəfər ölüb

BAKI, 16 yan — Sputnik. Honkonqdan qalxan və Qırğızıstanın paytaxtı Bişkekdə enməyə çalışan Türkiyəyə məxsus yük təyyarəsi qəzaya uğrayıb. Sputnik xəbər verir ki, son məlumatlara görə 37 nəfər dünyasını dəyişib. Xəbəri Qırğızıstanın fövqəladə hallar naziri Kutabek Boronov da təsdiqləyib.

Boeing 737-800 tipli sərnişin təyyarəsi Hindistanın Qoa ştatınındakı hava limanında uçuş-enmə zolağından çıxıb
© Photo : Indian Navy/Indian Ministry of Defence/Handout via REUTERS

Türk Hava Yolları şirkəti hadisədən sonra verdiyi açıqlamada, sözügedən təyyarənin onlara deyil, mərkəzi İstanbulda yerləşən "ACT" şirkətinə məxsus olduğunu bildirib.

Qırğızıstan FHN-in məlumatına görə, "Boeing 747" yük təyyarəsi "Manas" aeroportu yaxınlığında yerləşən bağ evlərinin üstünə düşüb. İlkin məlumata görə, 15 ev dağılıb. Son məlumatda bildirilir ki, 37 nəfər dünyasını dəyişib. Onların arasında uşaqlar da var. Qəza yerindəki yanğın lokallaşdırılıb.

Yerli hökumət dağımış evlərin və zərər çəkmiş sakinlərin sayını dəqiqləşdirir. Qırğızıstanın baş naziri Sooronbay Jeenbekov təyyarənin düşdüyü Çuysk vilayətindəki ərazidə olub.

Prezident Almazbek Atambayev "Boeing 747" təyyarəsinin qəzaya uğramasına səbəb olan amilləri araşdırmaq, ölən və yaralananların ailələrinə maddi yardım göstərməklə bağlı tapşırıq verib.

269
Teqlər:
Sooronbay Jeenbekov, "Manas" aeroportu, Boeing 747, Almazbek Atambayev, Türk Hava Yolları, Qırğızıstan
Əlaqədar
Daha bir təyyarə qəzaya uğrayıb
Rusiya Müdafiə nazirliyinə məxsus təyyarə radarlardan itib
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb
Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb
Təyyarə qəfildən radardan itdi, sonra isə dəhşətli mənzərə ortaya çıxdı