Джаред Кушнер и Иванка Трамп

Prezident Tramp olsa da, ABŞ-ı yəhudi biznesmen idarə edəcək

247
(Yenilənib 23:41 10.01.2017)
Donald Tramp kürəkəni Cared Kuşneri baş məsləhətçi təyin edəcəyini açıqlayıb

BAKI, 10 yan-Sputnik. ABŞ-ın seçilmiş prezidenti Donald Tramp kürəkəni Cared Kuşneri baş məsləhətçi postuna təyin edəcək.

Sputnik-in məlumatına görə, bunu seçilmiş prezidentin qərargahı bəyan edib.

Kuşner Trampın qızı İvankanın əridir və onun adı qərargahın bəyanatında "hörmətli biznesmen" kimi qeyd olunub. Mətndə onun seçkiqabağı kampaniyadakı vacib rolu xüsusilə vurğulanıb.

"Cared böyük dəyər, etibarlı məsləhətçidir" — deyə Donald Tramp bildirib. Gələcək prezidentin sözlərinə görə, onun kürəkəni "biznesdə və siyasətdə inanılmaz dərəcədə uğurludur" və yeni administrasiyada onu "ambisiyalı gündəm" gözləyir.

Reuters agentliyi Tramp komandasının yüksək vəzifəli nümayəndəsinə istinadla bildirib ki, Kuşner o cümlədən Yaxın Şərqdə ticarət müqavilələri ilə məşğul olacaq. İvanka Tramp isə atasının şirkətindəki idarəçi postundan gedəcək və uşaqlarını əri ilə birlikdə Vaşinqtondakı məktəblərə yerləşdirməklə məşğul olacaq. İvanka atasının bir çox layihələrində iştirak etməyəcək və biznes dividendləri sayəsində qazanılmış iri məbləğlər əvəzinə yalnız məhdud sayda sabit ödəmələrdən gələn vəsaitləri əldə etməklə kifayətlənəcək. Kuşner özü isə "Kushner Companies" şirkətinin rəhbərliyindən gedəcək, "əhəmiyyətli aktivlərdən" və xarici investisiyalardan, həmçinin onun birbaşa maliyyə maraqlarına təsir göstərən digər işlərdən uzaq duracaq.

Kuşnerin vəkilinin bildirdiyinə görə, onun qayınatası ilə birlikdə işləyəcəyi Ağ Evdəki fəaliyyəti qanunvericiliyə uyğundur. ABŞ qanunvericiliyi bir sıra hallarda administrasiyada qohumların vəzifə tutmasına imkan verməsə də, Kuşnerlə qohumluq problem yaratmır.

Kuşner və İvanka Tramp Donald Trampın ən yaxın məsləhətçiləri hesab olunurlar. Çünki onların Tramp üzərində böyük təsiri var.

Yanvarın 11-də Donald Tramp mətbuat konfransı keçirəcək. O, ölkənin və biznesin idarə olunması ilə bağlı fikirlərini bölüşəcək.

Trampın varidatı bir neçə milyard dollar dəyərində qiymətləndirilir. O, prezident seçilənə qədər məşhur iş adamı və biznesmen idi.

247
Teqlər:
Ağ Evdə, Cared Kuşner, inauqurasiya, İvanka Tramp, Donald Tramp
Əlaqədar
Tramp azərbaycanlı biznesmenə 2 milyard dollar qazandırdı
Donald Tramp Barak Obama barədə yanıldığını açıqlayıb
Tramp 66 milyon dollar xərcə düşüb
Tramp Putinin qatı düşməninə vəzifə verir
Trampdan Putinə mühüm jest
Bakı məktəblərin birində, arxiv şəkli

Bu il Bakı məktəblərini bitirəcək şagirdlərin sayı açıqlandı

3
(Yenilənib 15:25 03.06.2020)
Bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 90 faizinə yaxındır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

BAKI, 3 iyun — Sputnik. "2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 30888, XI siniflərini isə 19736 nəfərin bitirməsi nəzərdə tutulur".

Sputnik Azərbaycan-a İdarədən verilən məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. İyunun 2-si saat 19:00-a olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 43408 uşaq üçün elektron sistem (www.mektebeqebul.edu.az ) vasitəsilə müraciət edilib. Bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 90 faizinə yaxındır.

3
Çaykənd kəndində duman, arxiv şəkli

Hava dəyişəcək - Xəbərdarlıq

6
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

BAKI, 3 iyun — Sputnik. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə bir neçə gün davam edən isti hava şəraitindən sonra iyunun 3-ü axşamdan 6-sı gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, iyunun 4-də yarımadanın bəzi yerlərində isə arabir 25 m/s-dək güclənəcəyi gözlənilir ki, bunun nəticəsində də havanın temperaturu ötən günlərlə müqayisədə 5 dərəcəyədək aşağı enəcək.

Sputnik Azərbaycan-ın xəbərinə görə, iyunun 4-də Azərbaycanın bəzi şimal və qərb rayonlarında, 5-i axşam və 6-da əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

6