Həcc ziyarəti

Həcc ziyarəti üçün kvota məhdudiyyəti aradan qaldırıldı

270
Məhəmməd bin Nəif: "Artıq aidiyyəti qurumlar bu il sayı artacaq zəvvarların qəbuluna dair hazırlıq aparır"

BAKI, 6 yan — Sputnik. Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün ölkəyə gələn zəvvarların kvotasına 5 il əvvəl tətbiq etdiyi məhdudiyyəti aradan qaldırıb. APA-nın "saudigazette.com"a istinadən verdiyi xəbərə görə, kral bununla bağlı Ali Həcc Komitəsinin sədri, şahzadə Məhəmməd bin Nəifin təklifini qəbul edib. Məhəmməd bin Nəif bildirib ki, artıq aidiyyəti qurumlar bu il sayı artacaq zəvvarların qəbuluna dair hazırlıq aparır.

Qeyd edək ki, 5 il əvvəl Səudiyyə Ərəbistanı xarici ölkələr üçün müəyyənləşdirilən həcc kvotasını 20 faiz, daxili zəvvar kvotasını isə 50 faiz azaldıb. Bu addım Kəbə və digər müqəddəs yerlər ətrafında aparılan genişləndirmə işləri zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqələndirilib.

270
Teqlər:
məhdudiyyət, kvota, zəvvar, ziyarət, Həcc, Səudiyyə Ərəbistanı
Əlaqədar
Həcc ziyarətindən 30 milyard dollar qazanacaqlar
Həcc ziyarətinin təhlükəsizliyi yəhudilərə həvalə olundu
İran vətəndaşlarının həccə getməsinə bir şərtlə icazə veriləcək
Həcc ziyarəti bahalaşır
AZAL Həcc ziyarətinə gedənlərə vəd verdi
OPEC-in loqosu, arxiv şəkli

“OPEC+” nazirlərinin iclasının vaxtı dəyişib

0
(Yenilənib 16:32 01.12.2020)
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur

BAKI, 1 dekabr — Sputnik. Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan "OPEC plus" ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3 dekabr tarixinə dəyişdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirləri tərəfindən "Əməkdaşlıq Bəyannaməsi"ndən irəli gələn məsələlər üzrə müzakirələr keçiriləcək.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur.

0
Teqlər:
nazirlər, OPEC, Müzakirələr
Notebook-la oynayan kişi, arxiv şəkli

Bu qurum vətəndaş müraciətlərini sosial səhifələr vasitəsilə cavablandıracaq

3
Vətəndaşlar həmin səhifələr vasitəsilə pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və digər sosial təminat növləri üzrə ödənişlər, sosial sığorta məsələləri, fərdi uçot və s. aid suallarını DSMF-yə ünvanlaya bilərlər

 

BAKI, 1 dekabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) dekabrın 1-dən vətəndaş müraciətlərini özünün yeni fəaliyyətə başlayan facebook, instagram, telegram və twitter sosial səhifələri vasitəsilə də cavablandıracaq. Bu barədə Sputnik Azərbaycan-a DSMF-dan məlumat verilib. Qeyd olunub ki, vətəndaşlar həmin səhifələr:

www.facebook.com/dsmf.sosial.gov.az/

www.instagram.com/dsmf.sosial.gov.az/

t.me/dsmfsosialgovaz

twitter.com/dsmfsosialgovaz

vasitəsilə pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və digər sosial təminat növləri üzrə ödənişlər, sosial sığorta məsələləri, fərdi uçot və s. aid suallarını DSMF-yə ünvanlaya bilərlər.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun şəkildə izahatlar veriləcək. Araşdırma tələb edən müraciətlər isə müvafiq qaydada baxılaraq nəticəsinə uyğun tədbirlər görüləcək və müraciət edən vətəndaşlar bu barədə məlumatlandırılacaq. Sosial şəbəkə səhiflərində DSMF-nin fəaliyyəti, bu sahədəki yeniliklər də ictimaiyyətə təqdim ediləcək.

3
Teqlər:
sosial şəbəkə, Əmək və əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu