İntensiv yağıntı gözlənilir

Abunə olmaq
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq

BAKI, 26 dek — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 27-də hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək mülayim gündüz cənub küləyi ilə əvəz olunacaq.

Bakıda yağışlı hava, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda yağış, rayonlarda qar gözlənilir

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 6-8, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 27-də hava şəraitininəsasən yağmursuz keçəcəyi, şərq rayonlarında isə çiskinli yağıntı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Xəbər lenti
0