Şeyx Həmzət (solda) oz cangüdəni ilə

Rövşən Lənkəranskinin ortağını gülləbaran elədilər

1218
Bir azərbaycanlı və bir çeçen TIR sürücüsü qismində bazaya girərək kriminal avtoritet Şeyx Həmzətə silahlı hücum ediblər

BAKI, 23 dek-Sputnik. Həftənin dördüncü günündən beşinci gününə keçən gecə Amsterdam polisi çeçen əsilli "kriminal avtoritet", kriminal aləmdə Şeyx Həmzət adı ilə tanınan Həmzət Qastəmirova silahlı hücum edən iki nəfəri saxlayıb. 

Bu barədə Sputnik-ə kriminal dairələrə yaxın mənbə məlumat verib.
Əldə etdiyimiz məlumatlara görə, Qastəmirov "Avropa obşakı" adlanan kriminal kassaya nəzarət edir. Saxlanılan şəxslər 30-35 yaşlarında olan azərbaycanlı və çeçendir.

İnsident 23 dekabrda gecə saat 3 radələrində Nieuwland Parc 121 2952 DB Alblasserdam ünvanında yerləşən Staay Food Group Holding topdansatış tərəvəz bazarında baş verib.
İki Glok markalı tapança və səsboğucusu olan Kalaşnikov avtomatı ilə silahlanan naməlum şəxslər topdansatış meyvə bazasına TIR sürücüsü qismində daxil olublar.

Gecə vaxtı bazanın ərazisinə yüzlərlə yük avtomobili daxil olur. Bu vaxtlar qızğın alver gedir və ona görə də, nəzarətçilər hər bir sürücünü diqqətlə yoxlamaq imkanında olmurlar. 

Sözügedən tərəvəz bazasına nəzarət edən Şeyx Həmzət bu ərazidə tez-tez görünür və işlərin gedişi ilə maraqlanır. Rəqibləri bunu bilirlər və "qanuni oğru"nu da məhz burada izləyiblər.
Hücum zamanı "kriminal avtoritet"in əsas cangüdənlərindən biri çiynindən yaralanıb. Mühafizəçilərin operativ fəaliyyəti nəticəsində hücumun icraçıları zərərsizləşdiriliblər. Canilərdən biri ayağından, digəri isə budundan yaralanıb. Bu məqamda hadisə yerinə polis gəlib və hücum edən şəxsləri saxlayaraq polis idarəsinə aparıb.

Hələlik Şeyx Həmzətin fiziki cəhətdən məhv edilməsində maraqlı olan şəxsin kimliyi məlum deyil. Hazırda bu istiqamətdə Niderlandın istintaq orqanları araşdırma aparır. İşə Qastəmirovun vəkili də qoşulub.

"Qanuni oğru"nun yaxınları hücumun Qastəmirovun dünyanın meyvə-tərəvəz bazarında getdikcə artan nüfuzu ilə əlaqədar olduğunu güman edir.
Məlumdur ki, ALMEKS holdinq qrupu və onun nəhəng Avropa tərəfdaşı Staay Food Group Qazaxıstan Respublikasının aqrar sektorunda Astana Fresh-lə birlikdə iş görür.

21 noyabr 2016-cı ildə ALMEKS-lə Staay Food Group arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Tərəflər bu saziş çərçivəsində öz layihələrini inkişaf etdirməyi nəzərdə tutublar. 

İlkin mərhələdə fermerlərlə əməkdaşlıq yolu ilə Qazaxıstan və ona yaxın ölkələrdən təzə meyvə-tərəvəz məhsullarını toplayacaq distributor sistemini formalaşdırmaq nəzərdə tutulub.
Staay Food bu yolla həm Niderlandda, həm də digər ölkələrdə fermer təsərrüfatları hesabına öz biznesini genişləndirir. Onun əsas kənd təsərrüfatı sahələri Avropada, Latın Amerikasında, Mərkəzi və Cənubi Afrikada yerləşir.

Görünür Şeyx Həmzətin öz coğrafiyasını genişləndirməsi, digər tərəvəz bazalarının sahibkarlarının xoşuna gəlmir. Çünki onlar qeyri-bərabər rəqabətdə itkilərlə üzləşirlər.

Qeyd edək ki, Şeyx Həmzət bu ilin 18 avqustunda İstanbulun Beşiktaş rayonunun Barbarossa bulvarında qətlə yetirilən azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) ortağı olub. Lənkəranskinin ölümündən sonra ona məxsus İtaliyanın Pozitano şəhərindəki "Le Sirenuse" və "Covo dei Saraceni" hotelləri, həmçinin bir sıra başqa obyektlər Şeyx Həmzətin mafioz qrupunun ümumi Avropa kassasına tabe etdirilib.

1218
Teqlər:
Astana Fresh, ALMEKS, Staay Food Group, Həmzət Qastəmirov, Şeyx Həmzət, Amsterdam, Rövşən Lənkəranski, "kriminal avtoritet", Niderland, Qazaxıstan
Əlaqədar
Lənkəranskinin, Şeyxin nəzarətinə keçən obyektlərinin siyahısı
Lənkəranskinin qətlində şübhəli bilinən şəxslə bağlı qərar verildi
Rövşən Lənkəranskinin İtaliya sərgüzəştləri kriminal aləmi silkələyəcək
Rövşən Lənkəranskinin qətli ilə bağlı gizlinlər aşkara çıxır
Lənkəranskinin qətli ilə bağlı yeni faktlar ortaya çıxıb
Rövşən Lənkəranskinin öldürülməsinin şok təfərrüatları
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

15
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

15
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar