Cəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir

Yanvarın 1-də Azərbaycan əhalisini sürpriz gözləyir

3608
Yanvarın 1-dən etibarən yeni vergi dərəcəsi tətbiq ediləcək.

BAKI, 22 dek-Sputnik. Kənd Təsərrüfatı Nazirliyi "Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarları və Qaydası" layihəsini hazırlayıb.

Sputnik Nazirliyin saytına istinadla xəbər verir ki, meyarlar və qayda kənd təsərrüfatı torpaqlarına tətbiq ediləcək vergi dərəcəsini müəyyənləşdirmək üçün hazırlanıb.

2017-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı torpaqlarına yeni vergi dərəcəsi tətbiq ediləcək. Vergi Məcəlləsində prezidentin 6 may 2016-cı il tarixli fərmanı ilə edilmiş dəyişikliklərə əsasən, torpaq sahibləri istifadəsiz kənd təsərrüfatı torpaqlarının hər 100 kvadrat metrinə görə 1 manat məbləğində vergi ödəyəcəklər.

"Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna görə, müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manatdır. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanının — Kənd Təsərrüfatı Nazirliyinin təsdiqlədiyi qayda və meyarlar əsasında müəyyən edilir.

3608
Teqlər:
Kənd Təsərrüfatı Nazirliyi
Əlaqədar
Bu kənd yenidən sürüşdü
Azərbaycanda kapitalizmdən bixəbər kənd: burada varlı ilə kasıb bir-birindən seçilmir
Azərbaycanda torpağı qanla suvarılan kənd
Bütov kənd əhalisinin həyatı təhlükə altındadır
Kənd sakinlərinin səsinə səs verən yoxdur