BAKI, 22 dek — Sputnik. Hazırki baş məşqçi Yan Raykerinqin yetərsizliyi səbəbilə Qalatasaray futbol klubunun rəhbərliyi yeni məşqçi axtarışına çıxıb. Sputnik Sözcü-yə istinadən bildirir ki, rəhbərliyin əsas hədəfi hazırda İngiltərənin West Ham United klubunu çalışdıran Slaven Biliçi komandanın başına gətirməkdir.
Xəbərdə həmçinin qeyd olunur ki, Qalatasaray keçmiş oyunçusu Didier Droqbanı da kluba geri gətirmək üçün ciddi səy göstərir. Bunun üçün rəhbərliyin önəmli simaları Droqbanın formasını geyindiyi ABŞ-ın Montreal İmpact komandasının menecerləri ilə müntəzəm danışıqlar aparır. Məlumata görə, həm baş məşqçi Slaven Biliç, həm də Didier Droqbanın Qalatasaraya gəlməsi an məsələsidir.
BAKI, 8 mart - Sputnik. Bu gün Bakıda intihar hadisəsi baş verib.
Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində 35 yaşlı Salman Fərmanov özünü çoxmərtəbəli binadan ataraq intihar edib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
BAKI, 8 mart - Sputnik. Bu gün bir qrup qadın paytaxtın mərkəzində "8 Marş" adı altında aksiya keçirməyə cəhd edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları şəhər icra hakimiyyəti tərəfindən razılaşdırılmayan aksiyanın qarşısını dərhal alıblar.
Aksiyaya cəhd edən bir neçə xanım isə ərazidən uzaqlaşdırılıb.