ASAN Radionun direktoru Emin Musəvi

Azərbaycanın ən gənc radiosunun bir yaşı tamam oldu

25
(Yenilənib 17:17 22.12.2016)
Emin Musəvi: "Əsas missiyamız maarifləndirməkdir"

BAKI, 22 dek — Sputnik. Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan "ASAN Radio" 24 dekabr 2015-ci il tarixində yayıma başlayıb. Bunu Sputnik-ə açıqlamasında "ASAN Radio"nun direktoru Emin Musəvi deyib.

ASAN Radionun 1 yaşı tamam olur
© Sputnik / Ravid Zaidov
"ASAN Radio"nun 1 yaşı tamam olur

Onun sözlərinə görə, Azərbaycanda FM dalğasında 13 radiostansiya fəaliyyət göstərir ki, onlardan biri də "ASAN Radio"dur: ""ASAN Radio" ən gənc və yeni radiodur. Buna baxmayaraq, bu müddət ərzində kifayət qədər işlər görülüb. "ASAN Radio" həm ASAN xidmət mərkəzlərində təmsil olunan, həm də digər dövlət qurumlarının xidmətləri barədə dinləyiciləri ətraflı məlumatlandırır və vətəndaşlarla bu qurumların arasındakı əlaqəni möhkəmləndirir".

"Əsas missiyamız maarifləndirməkdir, prioritet isə dövlət xidmətləri sahəsidir. Bununla yanaşı, müxtəlif istiqamətlərdə — sosial, elm, idman, mədəniyyət və digər sahələrdə maraqlı və dinləyicilər üçün faydalı olan verilişlər hazırlanır", — Musəvi bildirib.

Onun sözlərinə görə, "ASAN Radio" həm də gələcəyin media işçilərini yetişdirir: "ASAN könüllülər burada "Master-2" proqramı çərçivəsində təcrübə keçirlər, 2 ay keçdikdən sonra isə onlara sertifikat təqdim olunur. Onlar bizdə və ya digər media qurumlarında işə qəbul olunurlar. Bu, onların şansını artırır".

Emin Musəvi: Əsas missiyamız maarifləndirməkdir, prioritet isə dövlət xidmətləri sahəsidir
© Sputnik / Ravid Zaidov
Emin Musəvi: "Əsas missiyamız maarifləndirməkdir, prioritet isə dövlət xidmətləri sahəsidir"

Qeyd edək ki, "ASAN Radio" Bakıda və Abşeron yarımadasında 100 FM tezliyində yayımlanır. Bundan başqa, radionu asanradio.az saytı vasitəsilə və xüsusi olaraq hazırlanan mobil tətbiqlərdən istifadə etməklə dinləmək mümkündür.

25
Teqlər:
FM, Emin Musəvi, "ASAN Radio", dinləyici, ASAN Xidmət
Əlaqədar
Azərbaycan prezidenti televiziya və radio işçilərini təltif edib
Azərbaycan televiziya və radiosunun yubileyi münasibətilə təntənəli mərasim keçirilib
Milli Televiziya və Radio Şurası ANS-in yayımının dayandırılması ilə bağlı məlumat yayıb
Çin dünyanın ən böyük radioteleskopunu qurur
Взрыв, фото из архива

Ermənistanın növbəti hərbi obyekti darmadağın edildi - VİDEO

90
Tovuz istiqamətində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrini arasında intensiv atışma davam edir.

BAKI, 15 iyul - Sputnik. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin dəqiq zərbəsi ilə Ermənistan silahlı qüvvələrinə məxsus növbəti bölüyün dayaq məntəqəsi darmadağın edilib.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

90
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Nazirlik “Qrad”dan istifadə edilməsi barədə məlumatı təkzib edib

7
Müdafiə Nazirliyi: “Ordumuzun “Qrad” sistemindən istifadə etməsi barədə yayılan məlumat dezinformasiyadır”.

BAKI, 15 iyul - Sputnik. “Ermənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinə qarşı “Qrad” yaylım atəşli reaktiv sistemlərdən istifadə etməsi barədə yaydığı məlumat dezinformasiyadır”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

O bdiririk ki, bölmələrimiz tərəfindən bu silah növü tətbiq edilməyib: “Əgər Ermənistan tərəfində bu silah növünün tətbiq edilməsi barədə hər hansı bir sübut varsa, onu təqdim etsin”.

7