Тихий океан

Sakit okeanda peyda olan nəhəng isti su kütlələri fəlakət yaradır

1207
(Yenilənib 22:07 21.12.2016)
2016-cı il bütün meteomüşahidə dövrü ərzində qeydə alınan ən isti il olub.

BAKI, 21 dek-Sputnik. 2016-cı il bütün meteomüşahidə dövrü ərzində qeydə alınan ən isti il olub.

Ümumdünya Meteorologiya Təşkilatının əməkdaşları bildiriblər ki, artıq cari ilin 11 ayının göstəriciləri əsasında ötən ilin analoji dövrü ilə müqayisədə rekord hədd qeydə alınıb. Yanvar-noyabr ayları ərzində bizim planetin iqlimi 0,94 Selsi isti olub. Bu isə 2015-ci illə müqayisədə 0,07 dərəcə artıqdır. 2016-cı il həm də dekabrda müşahidə olunan ümumi yüksək temperatura görə də rekord qırıb.

Ekspertlərin proqnozlarına görə, bu ilin yekunlarına əsasən orta illik temperatur sənaye dövrünə qədərki temperaturdan 1,2 dərəcə yüksəkdir.

Mütəxəssislər qeyd ediblər ki, 2016-cı ildə temperaturun yüksək göstəriciləri təkcə insanların fəaliyyəti ilə əlaqədar deyil. Hazırkı istiləşmədə El-Nino adını almış təbiət hadisəsi öz rolunu oynayıb. Söhbət Sakit okeanın səthinə qalxan iri ölçüdə isti su kütlələrindən gedir.

İqlimşünaslar bildirirlər ki, insanların fəaliyyəti iqlimə ciddi təsir göstərir. Söhbət insanların fəaliyyəti nəticəsində Yer kürəsində mövcud olan istixana effektindən gedir. Bu fəaliyyətlər təkcə planetimizdə temperaturun yüksəlməsinə deyil, müxtəlif ekstremal hava şəraitinin yaranmasına, kataklizmlərin baş verməsinə səbəb olur.

1207
Teqlər:
qlobal istiləşmə, Ümumdünya Meteorologiya Təşkilatı, Sakit okean
Əlaqədar
Dünyada yeni okean yaranır
Beynəlxalq Okeanlar Günü
Qlobal iqlim dəyişikliyi ərzaq qıtlığı yaradıb
Qlobal iqlim dəyişikliyinin iki əsas səbəbi
Qərənfil

Rusiyada Dövlət Təsviri İncəsənət Muzeyinin prezidenti vəfat edib

0
(Yenilənib 13:10 01.12.2020)
İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub

BAKI, 1 dekabr — Sputnik. Rusiyanın Əməkdar İncəsənət Xadimi, akademik, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti İrina Antonova vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, 100 yaşlı görkəmli sənətşünasın vəfat xəbərini, Muzeyin direktoru Marina Loşak yayıb.

İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub. 2013-cü ildə Rusiya Dövlət Muzeylərinin baş kuratoru vəzifəsinə təyin edilib. Elə həmin ildən Puşkin Muzeyinin direktoru vəzifəsindən azad edilib və onun üçün təsis edilən Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti vəzifəsini icra etməyə başlayıb.

Mərhum akademik çox sayda orden, medal və mükafatlarla təltif olunub.

0
Teqlər:
Prezident, Rusiya, muzey, təsviri incəsənət, Vəfat
Rusiya sülhməramlıları Laçında, arxiv şəkli

Prezident Laçın dəhlizi ilə bağlı maraqlı təfərrüatları açıqlayıb

6
"Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır".

BAKI, 1 dekabr — Sputnik. Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilib. Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev xalqa müraciətində üçtərəfli Bəyanatla bağlı bəzi təfərrüatlardan danışarkən bildirib.

"Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən bunu tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir", - deyə dövlətimizin başçısı bildirib.

Prezident qeyd edib ki, 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu: "Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bunun nəticəsində Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. Orada minlərlə, bəzi məlumatlara görə, bəlkə də 10 minə yaxın insan yaşayırdı. Belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistana qalmalıdır".

6
Teqlər:
Prezident İlham Əliyev, xalqa müraciət, dəhliz, Laçının azad olunması