Qar yağacağı gözlənilir

© Photo : Shahperi AbbasovaQaxda qar
Qaxda qar - Sputnik Azərbaycan
Abunə olmaq
Dekabrın 21-də hava şəraitininəsasən yağmursuz keçəcəyi, lakin Böyük Qafqazın bəzi şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

BAKI, 20 dek — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 21-də hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman və çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Qar - Sputnik Azərbaycan
Sabaha gözlənilən hava proqnozu

Havanın temperaturu Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə70-75, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 21-də hava şəraitininəsasən yağmursuz keçəcəyi, lakin Böyük Qafqazın bəzi şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Xəbər lenti
0