Plenar iclas başlayıb

© Sputnik / Murad OrujovMilli Məclisin binası
Milli Məclisin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Gündəliyə daxil məsələlərdən 6-sı büdcə zərfi ilə bağlıdır

BAKI, 16 dek — Sputnik. Bu gün Milli Məclisin plenar iclası başlayıb. Sputnik xəbər verir ki, iclasın gündəliyinə 27 məsələ daxil edilib. Parlament sədri Oqtay Əsədov deyib ki, bunlardan 6 məsələ büdcə zərfinə daxil olan, 7 məsələ vergi islahatı ilə bağlı olan və digər dəyişikliklərdir.

İclasın gündəliyinə 2017-ci il üçün büdcə zərfi — "2017-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında " qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları, eləcə də İnzibati Xətalar Məcəlləsinə, Torpaq Məcəlləsinə "Yol hərəkəti haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" və digər qanun layihələri daxildir.

Xəbər lenti
0