İtkin düşən neftçilərlə bağlı dəhşətli fakt

© Photo : STR / Mediabanka keçidXəzərdə axtarış
Xəzərdə axtarış - Sputnik Azərbaycan
Abunə olmaq
Xəzərdə itkin düşən neftçilərdən 6-sı eyni kənddəndir. Onlarda ikisinin qardaş olduğu bildirilir.

BAKI, 15 dek — Sputnik. Bu gün səhərə yaxın "Azneft" İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş verən hadisə nəticəsində itkin düşən 10 neftçidən 6 nəfəri Hacıqabul rayonunun Atbulaq kəndinin sakinləridir. Sputnik modern.az-a istinadla xəbər verir ki, bunu Atbulaq kəndinin icra nümayəndəsi Tahir Güləliyev deyib.

Xəzər dənizi - Sputnik Azərbaycan
İtkin neftçilərlə bağlı qərargah yaradıldı

Onun sözlərinə görə, itkin düşən neftçilərdən İlham Qafarov, Qorxmaz Rüstəmov, Cavid Bəhramov və adını dəqiqləşdirə bilmədiyi digər 3 nəfər də bu kənddəndir.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı "Facebook" səhifəsində Cavid Bəhramovun cəsədinin sudan çıxarıldığını deyib. "Facebook" istifadəçiləri, həmçinin itkin düşmüş maşinist Güloglan Zülfüqarovla operator Azay Zülfüqarovun qardaş olduğunu bildirirlər.

Xəbər lenti
0