Qarlı hava

Qarşıdakı iki gün ərzində açıq havaya çıxmayın!

4029
Dekabrın 14-15-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda soyuq diskomfortlu və yağıntılı hava şəraiti meteohəssas insanlar üçün çox əlverişsizdir

BAKI, 13 dek — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 14-də hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, gün ərzində arabir yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, axşam sulu qara, qara keçəcək, çovğun olacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və səhər 5-7, gündüz 1-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 14-də şimal və qərb rayonlarından başlayaraq arabir yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 3-8 dərəcə isti, dağlarda gecə və gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Yollar buz bağlayacaq.

Tibbi-meteoroloji xəbərdarlıq: Dekabrın 14-15-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda soyuq diskomfortlu və yağıntılı hava şəraiti meteohəssas insanlar üçün çox əlverişsizdir. Uzun müddət açıq havada qalmaq məsləhət deyil.

4029
Teqlər:
meteohəssas, çovğun, külək, sulu qar, şaxta, qar, hava
Əlaqədar
Sabah hava küləkli olacaq
Diqqət: ölkə ərazisindəki faktiki hava şəraiti açıqlandı
Hava yenidən dəyişir: qar yağacaq, covğun olacaq
Hava şəraiti kəskin dəyişəcək
Buludlu hava gözlənilir
Sabah hava küləkli olacaq
Sabah hava yağmursuz olacaq
Hava dəyişir, qar çəkilir
Antoniu Quterreş, arxiv şəkli

BMT bəşəriyyət üçün faciənin yaxınlaşması barədə xəbərdarlıq edib

6
(Yenilənib 23:23 06.05.2021)
Quterreşin sözlərinə əsasən, atmosferdəki karbon qazının konsentrasiyası ən yüksək səviyyəyə qədər yenilənərək sənayedən əvvəlki səviyyəni üstələyib.

BAKI, 6 may — Sputnik. Ötən il Yer kürəsində havanın temperaturu milyon il ərzində rekord həddə qalxaraq, bəşəriyyəti iqlim qəzasına yaxınlaşdırıb.

“Report” xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş bildirib.

"Ötən il illik ekstremal və iqlim kataklizmlərinin daha bir görünməmiş dövrü oldu", - baş katib deyib.

Onun sözlərinə görə, atmosferdəki karbon qazının konsentrasiyası ən yüksək səviyyəyə qədər yenilənərək sənayedən əvvəlki səviyyəni üstələyib.

Quterreş bunun Yerin istiliyinin üç dərəcə yüksək və dəniz səviyyəsinin 15 metr yüksək olduğu üç milyon ildə ən yüksək göstərici olduğunu vurğulayıb.

"Mövcud öhdəliklərə uyğun olaraq, hələ də əsrin sonuna qədər fəlakətli 2,4 dərəcə istilik artımına doğru irəliləyirik. Uçurumun astanasındayıq", - deyə BMT rəhbəri xəbərdarlıq edib.

Antoniu Quttereş vurğulayıb ki, bəşəriyyət ən pis ssenarinin qarşısını almaq üçün daha təmiz və yaşıl inkişaf yoluna daxil olmaq girmək üçün birlikdə çalışmalıdır.

6
AR şəxsiyyət vəsiqəsi, arxiv şəkli

Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınanların sayı bilindi

8
Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınanlar müvafiq dövlət qurumu tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilib.

BAKI, 6 may — Sputnik. "Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində 2008-2020-ci illər ərzində (01 oktyabr 2020-ci ilədək ) 1830 nəfər (övladları ilə birlikdə 1873 nəfər) vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub".

Sputnik Azərbaycan-ın xəbərinə görə, Dövlət Miqrasiya Xidməti, Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov bu barədə müsahibəsində deyib.

O bildirib ki, bu müddət ərzində 162 min 308 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumu tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilib.

8