Qırmızı şərab, arxiv şəkli

Bu içki xərçəng hüceyrələrini qorxuya salır

4375
(Yenilənib 12:02 12.12.2016)
Elm adamları insanları ən təhlükəli parazitlərdən mühafizə edən içkinin adını açıqladılar

BAKI, 12 dek-Sputnik. Amerilakı alimlər bəyan ediblər ki, qırmızı şərab düzgün istifadə edildikdə insanın ömrünü uzadır. Şərabın insanın uzun illər yaşamasını təmin etdiyini insanlar çoxdan bilirlər. Mütəxəssislər hər kəsin müşahidə etdiyi bu halın nə ilə əlaqədar olduğunu elmi cəhətdən araşdırmaq istəyiblər.

Sputnik xarici mediaya istinadla xəbər verir ki, onlar bu məqsədlə 15 illik tədqiqat aparıblar. Bu müddət ərzində 500 könüllü bəlli bir miqdarda qırmızı şərab içib. Bu zaman ərzində elm adamları onların səhhətini nəzarətdə saxlayıblar. Məlum olub ki, hər gün 1 bokal şərab içmək insanların ömrünü 2-7 il uzadır.

Tədqiatçıların sözlərinə görə, qırmızı şərabın ömrü uzatmaq kimi unikal xassəsi onun tərkibindəki resveratrolla (kimyəvi formulu — C14H12O3) izah edilir. Bu maddə insan orqanizminə cavanlaşdırıcı təsir göstərir. Resveratrol bir sıra bitkilərin tərkibində təbii şəkildə mövcud olub, bakteriya və göbələklər kimi təhlükəli parazitlərə qarşı qoruyucu reaksiyası ilə tanınır.

Qırmızı şərabın tərkibindəki fitoaleksin mitoxondrilərin həcminin çoxalmasına səbəb olur. Fitoaleksinlər mitoxondrilərin fəaliyyətini gücləndirirlər ki, o da ürək-damar sisteminin işinə müsbət təsir göstərir. Tədqiqat müəlliflərinin fikrincə, qırmızı şərab eyni zamanda onkoloji xəstəlikləri müalicə edir və piylənmə ilə effektiv mübarizə aparır.

4375
Teqlər:
mitoxondri, fitoaleksin, eesveratrol, Amerikalı alimlər, piylənmə, xərçəng
Əlaqədar
Azərbaycanda ən çox spirtli içki bu rayonda içilir
Bu içki 42 günə xərçəng xəstəliyini məhv edir
Qarabağın tut arağı: həm keyfiyyətli içki, həm də can dərmanı
Bu içki 45 min xərçəng xəstəsini sağaldıb
İslamı qəbul edənə kimi içki içən, söyüş söyən olmuşam
Heroin, arxiv şəkli

Yemək qazanının qulplarından heroin çıxdı

2
(Yenilənib 15:56 28.11.2020)
Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

BAKI, 28 noyabr — Sputnik. Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ağayev Rəşad Hüseyn oğluna tanışı Qaxiyev Rauf İsmayıl oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

2
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

3
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

3